20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

"Şkendiya"nın baş məşqçisi: "Utanılacaq hesabla məğlub olmadıq"

"Şkendiya"nın baş məşqçisi Jeton Beqiri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Qarabağ"a uduzduqları matçı (0:1) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis Bakıdakı cavab görüşündə yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib:

"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümüzü bildiririk. Hər il avrokubokların qrup mərhələsində çıxış edən komandaya qarşı başa-baş mübarizə apardıq. Futbolçularımız bu qarşılaşmada var gücləri ilə oynadılar. Oyunda fərqlənmək üçün bir neçə şanslarımız oldu. Komandada əhval-ruhiyyə yüksəkdir".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31