2 Iyun 2026, Çərşənbə axşamı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi

Ölkə futbolu

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yubiley qolu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” - “Çelye” matçına təsadüf edib.

Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub.

Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertoto Kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.

Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30