8 Mart 2026, Bazar günü
Millimiz Macarıstana məğlub oldu
"Sumqayıt" qələbəni əldən verdi
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər

Ölkə futbolu

Redon Cica "Qarabağ"dan getdi

"Qarabağ"ın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən oyunçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

Qeyd edək ki, "Qarabağ" daha öncə Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli ilə də yollarını ayırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31