23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

Mirabdulla Abbasov Qırğızıstan klubuna keçidi rəsmiləşdi

"Səbail"dən ayrılan Mirabdulla Abbasovun yeni klubu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, o, karyerasını Qırğızıstanın “Abdış-Ata” klubunda davam etdirəcək.

Bununla da, təcrübəli hücumçu karyerası ərzində ikinci dəfə legioner həyatı yaşayacaq. O, 2016-cı ildə Latviyanın “Dauqavpilis” klubunda forma geyib və 7 matçda meydana çıxıb. Ölkə daxilində isə “Neftçi”, “Sumqayıt”, “Səbail” və “İrəvan”da çıxış edib.

2023-cü ildə “İrəvan”dan ayrıldıqdan sonra M.Abbasov karyerasını başa vursa da, bu ilin əvvəlində “Səbail” rəhbərliyi onu yenidən futbola qaytardı. Qışdan sonra 30 yaşlı forvard paytaxt klubunun heyətində 9 matçda forma geyib. 

Xatırladaq ki, Mirabdulla Abbasovun karyerasını Qırğızıstanda davam etdirəcəyini 2 gün əvvəl özəl olaraq yazmışdıq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31