8 Iyun 2026, Bazar ertəsi
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib

Ölkə futbolu

“Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL

“Səbail” hücumçusu Mirabdulla Abbasov ilə vidalaşıb.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, təcrübəli forvard karyerasını ölkə xaricində davam etdirəcək.

30 yaşlı forvard Qırğızıstanda çıxış edəcək. Qarşıdakı günlərdə Abbasov bu ölkənin yüksək liqa klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, təcrübəli hücumçu karyerası ərzində ikinci dəfə legioner həyatı yaşayacaq. O, 2016-cı ildə Latviyanın “Dauqavpilis” klubunda forma geyib və 7 matçda meydana çıxıb. Ölkə daxilində isə “Neftçi”, “Sumqayıt”, “Səbail” və “İrəvan”da çıxış edib.

2023-cü ildə “İrəvan”dan ayrıldıqdan sonra M.Abbasov karyerasını başa vursa da, bu ilin əvvəlində “Səbail” rəhbərliyi onu yenidən futbola qaytardı. Qışdan sonra 30 yaşlı forvard paytaxt klubunun heyətində 9 matçda forma geyib.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30