Ölkə futbolu
“4:0 hesabı ilə qalib gəlsəydik də, mənim üçün dəyişən nəsə olmayacaqdı”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirilən yoxlama oyunundan (0:4) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı fikirləriniz necədir?
- İlk yoldaşlıq görüşümüz idi. Mövsümün açılışını etdik. Nəzərə alsaq ki, birinci oyun idi, məmnun qaldıq. Futbolçular özlərini gözlədiyimdən daha yaxşı göstərdilər. Yaxşı formadadırlar. Bu da bizi sevindirir. İndi vacib olan Türkiyədəki yoldaşlıq görüşlərində daha yaxşı çıxış edib, 23-nə ideal vəziyyətdə yaxınlaşmaqdır.
- Çox qol buraxmağınız müdafiənin zəifliyindən qaynaqlanır?
- Qol buraxmaq həmişə problemdir. Qapımızda 4 qol görsək də, fərqlənmək üçün yaxşı fürsətlərimiz var idi. Nəticə mənim üçün bu gün o qədər də önəmli deyil. Bu gün 4:0 hesabı ilə qalib gəlsəydik də, mənim üçün dəyişən nəsə olmayacaqdı. Vacib olan futbolçuların oyun praktikalarını yaxşılaşdırmaqdır. Rəsmi oyunlarda çox qol buraxsaq, yaxud fərqlənmək üçün xeyli şansı boşa versək, bu, narahat olmaq üçün əsas verər. Hazırlıq dönəmində bu məqamlar təhlükəli deyil.
- “Hayduk”la oyunlardan öncə Salifu Suma və Rafael Utsiqin mümkün gedişi “Zirə” üçün ciddi itkidir. Onların yerini doldurmaq mümkün olacaq?
- Bu baxımdan ciddi problem yaşayırıq. Salifuya ciddi təkliflər var, danışıqlar gedir. Hər an razılıq əldə oluna və komandanı tərk edə bilər. Onu heyətində görmək istəyən komandalar avrokuboklarda iştirak edirlər və turnirin startına qədər keçidi reallaşdırmağa çalışırlar. Çünki “Zirə”nin heyətində meydana çıxsa, sonra digər kollektivin formasını yalnız qrup mərhələsində geyə bilər. Hələ ki danışıqlar gedir. Utsiqin durumu fərqlidir. O, komandadan ayrılmaq istəyir. Biz də transferə çıxarmışıq. Hər hansı bir təklif almasını gözləyirik. İstənilən halda birdən-birə iki aparıcı hücumameyilli oyunçunun itkisi komanda üçün problemdir.
- Onların əvəzinə transfer reallaşdırmaq fikriniz var?
- Axtarırıq. Lakin qısa müddət ərzində problemi həll etmək asan olmayacaq. Hətta tapsan belə, oyunlara nə dərəcədə hazır olub-olmayacaqları da sual altındadır.
- Utsiqin bu gün “Zirə” ilə müqaviləsi var və komandanın məşqlərində olmalıdır, lakin yoxdur. Bununla bağlı hər hansı addım atmaq fikriniz var?
- İlk gündən hüquqi çərçivədə tədbirlər görülür. Müqaviləsi olduğu üçün komandaya qayıtsa, düşərgədə olmadığı hər günə görə cərimə olunacaq. Özünə də bu haqda məlumat verilib.
- Ötən il mübarizəyə Avropa Liqasından qoşulmuşdunuz, sonradan məğlub olaraq çıxışınızı Konfrans Liqasında davam etdirdiniz. Necə deyərlər, bir səhv etmək, uduzmaq haqqınız var idi. İndi isə belə bir şans yoxdur. Bu məqam komandanızın üzərində əlavə təzyiq yaratmır?
- Xüsusi bir təzyiq hiss eləmirik. Bilirik ki, rəqibimiz “Hayduk”dur. Rəqib güclüdür, biz də özümüzü güclü hesab edirik. Düşünürəm ki, bizi maraqlı oyunlar gözləyir.
- Avrokuboklar üçün əvvəlki illərdən fərqli olaraq bu dəfə “Neftçi Arena”nı seçmənizə səbəb nə oldu?
- “Neftçi Arena” hazırda Azərbaycanda, xüsusən də beynəlxalq oyunlar keçirmək üçün bəlkə də ən ideal stadiondur. Təbii ki, bu, hər iki komanda üçün üstünlük olacaq. Kiçik stadionda oynadıqda bir qədər fərqli olur. Bu cür kompakt arenada oynamaq rəqibin də motivasiyasını artırır. Lakin biz gözəl futbolu seçdik. Üstəlik, bu il “Liv Bona Dea Arena”da “Araz-Naxçıvan” da avrokubok matçını keçirəcək. Digər səbəb “Neftçi”nin özünün avrokuboklarda çıxış etməməsidir. Biz onlardan xahiş etdik. “Neftçi” rəhbərliyinə bir daha təşəkkür etmək istəyirəm ki, xahişimizi nəzərə alıb, avrokubokarda orada oynamağımıza icazə verdilər. Əks halda başqa alternativlər axtarmalıydıq. Azarkeşlər üçün də rahat olacaq. Biz də istəyirik ki, baxımlı və gözəl futbol olsun. Həm azarkeşləri sevindirək, həm də özümüz sevinək.
- Komanda hazırda neçə faiz hazırdır?
- Faiz olaraq qiymətləndirə bilməyəcəyəm. Lakin gözlədiyimdən daha yaxşıdır. İstirahətdən qayıtsaq da, futbolçuların durumu yaxşıdır. Bu da bizi sevindirir. Bir qədər də artırmalıyıq. Futbolçular özləri də bunu yaxşı başa düşürlər. Keçən il bizim üçün yaxşı təcrübə oldu. Ən vacib məqam 23-nə hazır oılmaqdır.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:44
PSJ - "Lion" oyununun vaxtı iğtişaşlara görə dəyişdirildi
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:54
“Araz-Naxçıvan” “Qəbələ”yə uduzdu, “Zirə” “Sumqayıt”a qarşı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
23.10.2026
22.10.2026
























