Ölkə futbolu
Millimiz ağ günə çıxdı, qaldı “İmişli”...
“Səbail” Premyer Liqadan düşməmiş “ASCO Arena”ya göz dikən, 2 ildir stadionunu ağ günə çıxarda bilməyən, mövsümün startına 2 aydan da az qalmış ev oyunlarını harada keçirəcəyi naməlum olan “İmişli” Portuqaliyadan baş məşqçi gətirib. Əslində bu söhbət çoxdan var idi, bu gün rəsmiləşdi. “Stadion bizim deyilsə, niyə xərc çəkək” deyərək İmişli stadionunu Premyer Liqa üçün hazır vəziyyətə gətirmək istəməyən klub rəhbərliyi Portuqaliya aşağı liqasından gələn baş məşqçi üçün “xərc çəkməkdən” çəkinmir. Nə deyək, xeyirlisi...
Amma və lakin bu təyinatın kluba, futbolumuza hansısa xeyir verəcəyi çox böyük sual altındadır. Portuqaliyanı Avropa çempionluğuna daşıyan Fernandu Santuş Azərbaycan millisində nə iş gördü? Santuşun uğur qazana bilmədiyi yerdə ölkəsinin aşağı liqasından gələn portuqaliyalının “İmişli”də möcüzə yaradacağını gözləmək sadəlövhlük olardı. İkincisi də, “İmişli”nin yeni mövsüm üçün hədəfi nədir? Ən yaxşı halda Premyer Liqada qalmaq. Bu halda Portuqaliyadan məşqçi(lər) gətirməyə nə ehtiyac var ki? Məgər “İmişli” Premyer Liqada qalmaq uğrunda Tərlan Əhmədov, Arif Əsədov, Şahin Diniyev, Mahmud Qurbanov, Samir Əliyev, Azər Bağırov və digər azərbaycanlı məşqçilərlə mübarizə apara bilməz? Bilər, özü də 5 dəfə artıq.
Əslində, “İmişli”ni qınamırıq da. AFFA rəhbərliyi Avropada heç kimə lazım olmayan Fernandu Santuşa milyonlar yedizdirirsə, “İmişli”nin də heç bir ciddi hədəf olmayan yerdə başqa bir portuqaliyalıya onminlər, yüzminlər xərcləməsi normaldır. AFFA necədirsə, Premyer Liqaya buraxdığı yeni klub da o cürdür.
1 ildən çoxdur futbolumuzu idarə edənlər nə iş görüblər ki? Əvvəl “strategiya yazılır” nağılı ilə millətin başını qatanlar indi kölgəyə çəkiliblər. Hə, milyonlarla dollar verib strategiya yazırdırdınız, bəs sonra? Əsas məsələ yazılanları icra etməkdir...
İcra etmək bir qırağa, AFFA rəhbərliyi adicə normal qərarları da qəbul edə bilmir. Dünən gözümə I Liqaya vəsiqə qazanan “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmlinin açıqlaması sataşdı: “I Liqanın başlama tarixi müəyyənləşmədiyindən planlaşdırma edə bilmirik”. Nə qədər qəribə olsa da, iyun ayı yekunlaşmaq üzrədir, lakin Azərbaycan I Liqasında nəinki mövsümün start tarixi, heç legioner limiti də bilinmir. Mətbuat həftənin tək günləri “limit 8+3 olacaq”, cüt günləri də “limit 7+4 olacaq” yazır... Bu barədə qərar qəbul etməli olan AFFA İcraiyyə Komitəsi isə hələ də gözləyir... Nəyi... Kimi... bax bu, naməlumdur.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
16.10.2026
15.10.2026
























