25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

“Difai”dən yenilik

2026-cı ildə "Difai" təşkilatının yaradılmasının 120 illiyi qeyd olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, bunu nəzərə alan "Difai" FK rəhbərliyi mühüm qərar qəbul edib.

2025/26-cı il mövsümündə komandanın uğurlu çıxışını təmin etmək, klubun fəaliyyətinin təkmilləşdirilmək, yaranın maneələrin tez və operativ aradan qaldırılması məqsədilə İdarə Heyətinin yaradılması lazım bilinib.

İdarə Heyətinin əsas istiqamətləri artıq müəyyənləşdirilib. Bura marketinq strategiyasının işlənməsi, klubun nüfuzunun artırılması, beynəlxalq arenada "Difai" adının brend olaraq tanınması, sponsor və digər tərəfdaşların cəlb edilməsi daxildir.

"Difai" FK 2022-ci ildə yaradılıb. "Fədailər" Region Liqasında uğurlu mübarizə aparandan sonra 1-ci liqaya yüksəlib. Komanda ötən iki mövsümdə çempionatda yerini qorumağı bacarıb.

İdarə Heyətinin tərkibi yaxın günlərdə açıqlanacaq. Bununla bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31