23 Iyul 2026, Cümə axşamı
"Zirə" Estoniya səfərində
"Qarabağ" ÇSKA-nı qəbul edir
“Neftçi” “Dinamo”ya uduzdu
"Kəpəz"də portuqaliyalı hücumçu

Ölkə futbolu

“Qarabağ” üçün əlamətdar qələbə

“Qarabağ” Azərbaycan çempionatlarında 100-cü böyükhesablı ev qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XXXV turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Kəpəz”in qapısından 3 cavabsız top keçirib. “Qarabağ” ölkə çempionatları tarixində evdə ən çox böyükhesablı qələbə qazanan komandadır.

Bölgə təmsilçisinin ilk belə qalibiyyəti 1992-ci il mayın 6-da qeydə alınıb. “Qarabağ” Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

Ağdam klubu öz meydanında 32 fərqli rəqibi 3 və ya daha çox top fərqi ilə üstələyib. “Qarabağ” “Sumqayıt”a daha çox - 10 dəfə böyük hesabla qalib gəlib. “Qəbələ” 9, “Şamaxı” və “Kəpəz” 8, “Neftçi” 7, “Səbail” 6, “Bakı” 5, “Xəzər” (Sumqayıt) 4, “Pambıqçı” (Bərdə), “Şahdağ” (Qusar), “ANS Pivani”, MOİK və “Turan” 3, “Viləş”, “Pambıqçı” (Neftçala), “Bakılı”, “Ədliyyə”, “Rəvan”, “Zirə”, AZAL, “Sabah” və “Turan Tovuz” 2, “Şirvan” (Kürdəmir), “Plastik”, “Daşqın”, “Kürmük”, “Avtomobilçi”, “Azəri”, “Şəmkir”, “Dalğıc ADNŞ”, “Araz-Naxçıvan” və “Xəzər Lənkəran” 1 dəfə belə məğlubiyyət alıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31