21 Aprel 2026, Çərşənbə axşamı
UFC 2028-ci ilə kimi Azərbaycanda
"Neftçi" 26 min 200 manat cərimələndi
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi

Ölkə futbolu

Felipe Santos: “Bu, “Araz-Naxçıvan” üçün tarixdir”

“Vacib görüş idi. Üçüncü yeri təmin etmək üçün 1 xal qazanmaq lazım idi. Yaxşı oynadıq. Matça çox ciddi köklənmişdik. Yekunda da qalib gəldik. Avropaya gedirik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Azərbaycan Premyer Liqasının 35-ci turunda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Səfər matçının 63-cü dəqiqəsində zədə səbəbindən meydanı tərk etməli olan braziliyalı futbolçu durumuna belə aydınlıq gətirib: “Zədəm ciddi deyil. Oyunu davam etdirsəydim, vəziyyət daha da pis ola bilərdi. Ona görə də əvəzlənməm məsləhət oldu. İnanıram ki, növbəti matça qədər hazır olacağam”.

O, “Araz-Naxçıvan”ın böyük uğura imza atdığını vurğulayıb: “Bu, klub üçün tarixdir. Komanda ilk dəfə avrokuboklara qatılacaq”.

F.Santos vurğulayıb ki, hazırda Konfrans Liqası barədə düşünmək üçün tezdkir: “Qarşıda hələ bir oyunumuz var. Mövsümün son matçında “Zirə”yə qalib gəlmək istəyirik. Yalnız ondan sonra avrokuboklar barədə düşünmək olar. Avropada uğur qazanmaq üçün heyətimiz güclənməlidir”.

TAĞI

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30