3 Sentyabr 2025, Çərşənbə
İqor Ribeyro 3 oyunluq cəzalandı
"Səbail"də braziliyalı yarımmüdafiəçi
"Zirə"nin tarixinə düşən qələbə
"Qarabağ" və "İmişli" qalib gəldi

Ölkə futbolu

Əmrah Çəlikəl: “Çempionluq adiləşib” demək insafsızlıq olar”

“Çempionluq adiləşib” demək insafsızlıq olar. Əlbəttə, çempionluq çox böyük sevincdir. Bu il də bu sevinci yaşadığımız üçün xoşbəxtəm. İnşallah, davamı olsun, 13, 14, 15-ci çempionluğu qazanaq. Açığı, mən üçüncü ulduzu da görmək istəyirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl komandasının 12-ci çempionluğunu şərh edərkən deyib.

O, mayın 31-də keçiriləcək ölkə kubokunun finalında da qalib gəlmək istədiklərini vurğulayıb: “Əlimizdən gələni edəcəyik. Komandamız meydana böyük motivasiya ilə çıxacaq. Avrokuboklar öncəsi kuboku qazanmaq bizim üçün stimul olar”.

Klub rəsmisi yayda heyətin güclənəcəyini söyləyib: “Mütləq transferlər olacaq. Ancaq bu barədə planlarımız kubokun finalından sonra dəqiqləşəcək”.

“Legioner limitinin ləğvi “Qarabağ”ın transfer siyasətinə təsir edəcək?” sualını Ə.Çəlikəl belə cavablandırıb: “Əlbəttə, hamıya necə, bizə də elə. Limitin ləğvi transferlərə təsir göstərəcək”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30