Ölkə futbolu
AFFA-dan həqiqi bölgə klublarına zərbə
Ötən ay yenilənən AFFA rəhbərliyinin Azərbaycan futbolunda 1 ili tamam olsa da, hələ ki ortaya hər hansı bir iş qoyulmayıb. Geridə qalan 1 ilin böyük hissəsi strategiya hazırlanmasına “sərf olundu”. Milyonlarla dollar ödənildi, strategiya da yazıldı. Bundan sonra isə qaldı əsas məsələ. Yəni yazılanları icra etmək. Açıq deyim ki, vaxt məhdudiyyətindən strategiyanı tam oxumamışam. Amma oxuyanlardan aşağı-yuxarı iki fikir eşitmişəm: “Bu strategiyanı reallaşdırmaq üçün 22 il vaxt lazımdır”, “Strategiyada yazılanları həyata keçirmək üçün milyonlarla vəsaitə ehtiyac var”. Məlum məsələdir ki, o vəsait tapılmayacaq. Niyəsinə bir qədər aşağıda toxunacağam...
Son Hesabat-Konfransında AFFA rəhbərliyinin çıxışı “yeni rəhbərlik əvvəlkilər kimi özünü tərifləmir, çatışmazlıqları qeyd edir” kimi təqdim edilsə də, əslində həmin çıxışlar özünütənqid yox, özünümüdafiə idi. Adamlar dolayısı ilə dedilər ki, bizdən əvvəl heç bir iş görülməyib, uğursuzluqlar bizlik deyil və s.
Bu 1 ildə AFFA-nın hansı uğurlu işi olub? İdman prisiplərinin qorunması, say artımı və s. bunlar hamısı nağıldır. Birincisi, nədənsə bizdə “idman prinsiplərinin qorunması” dedikdə yalnız sonuncu yeri tutan komandanın I Liqaya düşməsi nəzərdə tutulur. İdman prinsipi məgər bundan ibarətdir? Təbii ki, yox.
Əvvəla, Premyer Liqanın sonuncusu artıq 3 ildir I Liqaya düşür. “Şamaxı” I Liqaya yuvarlananda AFFA-da indiki rəhbərlik idi? O ki qaldı Premyer Liqadakı klub sayının artırılmasına, birincisi, bunun uğurlu olub-olmayacağını zaman göstərəcək. “İmişli”, yaxud “Karvan” gəlib Bakıda məskunlaşacaqsa, bunun nəyi inkişaf oldu?
Digər tərəfdən də klub sayını artırmaqla AFFA konkret bəzi klublara zərbə vurdu. Çünki bu halda assosiasiya dövlət tərəfindən ayrılan 30 milyonu 10 deyil, 12 klub arasında bölüşdürəcək ki, bu da haqlı narazılıqla qarşılanır. Təsadüfi deyil ki, artıq “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov kəsiləcək 500 min manatın “Şamaxı”ya ciddi təsir göstərəcəyini deyib və tam da haqlıdır. Bu məntiqlə sabah Premyer Liqada 20 klub da iştirak edə bilər və 30 milyondan hərəsinə 1,5 milyon ödənilər. Bu, məgər inkişafdır? Qətiyyən! Bu, inkişafdan daha çox hamam suyundan özünə dost tutmağa bənzəyir. Yuxarıda yeni inkişaf strategiyasının reallaşdırılması üçün AFFA-nın maliyyə vəsaiti ala bilməyəcəyini əbəs yerdə qeyd etmədik. Məlum məsələdir ki, dövlətlə 30 milyon manat barədə razılığa əvvəlki AFFA rəhbərliyi gəlmişdi. İndiki rəhbərlik isə həmin məbləği 6 milyon belə artıra bilmir. Əvəzində məcburən hər klubdan 500 min manat kəsməklə “İmişli” və “Karvan”a ödəniləcək vəsaiti ərsəyə gətirir.
“İmişli”dən söz düşmüşkən bu klubun Bakıda məskunlaşacağı deyilir. Bu halda assosiasiya həqiqi bölgə klublarına daha bir zərbə vurmuş olur. Məsələn, Bakıda məskunlaşmayan “Kəpəz”, yaxud “Qəbələ” X bir legioneri heyətinə cəlb etmək istəyir. Təbii ki, hər bir əcnəbi futbolçu ilk növbədə təklif aldığı klubun məskunlaşdığı şəhər, rayonla maraqlanır. Bu halda həmin X legioner görəcək ki, “Kəpəz”, yaxud “Qəbələ” paytaxt Bakıda məskunlaşmayıb və belədə bölgə klubuna “qiymət oxuyacaq”. Tutaq ki, 6 min dollar əvəzinə aylıq 10 min dollar maaş tələb edəcək. Lakin həmin oyunçu “İmişli”dən təklif alsa, komandanın Bakıda məskunlaşdığını nəzərə alaraq 6 minlik təkliflə razılaşacaq. Hə, dostlar, indi deyin, bu idman prinsiplərinin qorunmasıdır, ya pozulması?
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
-
17:36
Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
-
17:14
Cüdoçularımız Avropa çempionatının ikinci yarış gününü mükafatsız başa vurublar
-
16:48
"Qəbələ" - "İmişli" : Heyətlər açıqlandı
-
15:57
Kadet boksçular arasında Azərbaycan kubokunun qalibləri müəyyənləşib
-
15:32
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti açıqlandı
-
15:00
İstanbul derbisi ona tapşırıldı
-
14:43
"Xankəndi"dən yeni transfer
-
14:25
Füzuli Məmmədov: “İlk oyununda qələbə psixoloji cəhətdən olduqca vacibdir”
-
13:51
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub
-
13:09
İsveçrə millisinin üzvü "Torino"da
-
12:46
"Neftçi"dən ayrılan qapıçı Latviya klubunda
-
11:14
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
-
10:38
Əfran İsmayılovun israfçılığı...
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:47
Toral oynadı, "Bursaspor" qələbə qazandı
-
09:30
Azərbaycan Premyer Liqasında IV tur start götürür
-
22:36
Muradın komandası Superkubokun qalibi oldu
-
21:55
Mahirin qolu xal qazanmaq üçün kifayət etmədi
-
20:08
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu
-
19:45
Boks üzrə Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start veriblər
-
19:19
“Şahdağ-Qusar” və "Karvan-Yevlax"dan qələbə, “Səbail” xal itirdi
-
19:00
Qadınlardan ibarət basketbol millimizin 6 üzvü ABŞ-də təhsil alacaq
-
18:32
"Zirə"dən növbəti transfer
-
17:27
U-21 millimizin oyunlarının tarixləri məlum oldu
-
17:06
Vüsalə Kazımova Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir
-
16:54
Kadi 3 oyunluq cəzalanıb
-
16:41
“Neftçi”nin sabiq müdafiəçisi "Olimpiakos"da
-
15:33
Azərbaycan kikboksçusu Dünya Kubokunda qızıl medal qazanıb
-
14:15
"Trabzonspor" tarixinin ən bahalı transferi
-
13:58
Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb
-
13:29
"Mançester Siti"ni "Benfika"ya dəyişdi
-
13:00
IV turun hakim təyinatları açıqlandı
-
12:42
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
12:17
Məşhur futbolçuların həkimi Elvini əməliyyat etməsindən yazdı
-
11:54
I Liqa klubu iranlı hücumçu transfer etdi
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:21
“Şahdağ-Qusar” U-21 millimizin üzvü ilə gücləndi
-
10:03
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
09:45
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı açıqlama
-
23:45
“Sumqayıt”ın Yay Futbol Düşərgəsində ikinci mərhələ başa çatıb FOTOLENT
-
23:28
Millət vəkilindən “Dinamo”ya dəstək FOTOLENT
-
23:04
Millimizin oyunun yeri dəyişdirildi
-
22:19
Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri bəlli olub
-
21:51
Yığmamız Qırğızıstana uduzdu
-
21:32
Cəfərquliyev əməliyyat olundu
-
20:47
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
-
20:23
"Dinamo"dan mövsümə uğurlu start
-
20:00
18 yaşlı qapıçı "Liverpul"da
-
19:16
"Şahdağ Qusar"da yeni yarımmüdafiəçi
-
18:35
Portuqaliyalı futbolçu PSJ-dən ayrıldı
04.09.2026
03.09.2026
02.09.2026
























