11 Mart 2026, Çərşənbə
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Ölkə futbolu

Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub

Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXXIII turuna təsadüf edib.

O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

E.Mahmudov “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan Kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.

Yarımmüdafiəçi “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.

Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31