Ölkə futbolu
Samir Abasov: “Lazım olan insanlar masaya yumruğunu vuracaq”
Azərbaycan Premyer Liqasının 33-cü turunda “Neftçi” öz meydanında "Kəpəz"lə heç-heçə edib - 2:2.
Futbolxeber.az saytının məlumatına görə, flaqmanın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualllarını cavablandırıb:
- Futbolçuların fərdi səhvləri yuxu rejiminizi pozmur? Səhhətiniz necədir?
- Çalışırıq ki, sakit olaq. Reallıq odur ki, bizim üçün bu mövsüm qatar artıq gedib. Bilirəm ki, mən danışandan sonra vallar başqa yerə çevrilə bilər, danışıqlarımdan istifadə edə bilərlər. Bu səhvlər mütəmadidir, mövsüm ərzində davam edir. Qollar vura bilmirik. Bunun əziyyətini çəkirik. Birinci hissədə bu qədər dominant oynayan komanda görmüsünüz? İlk yarıda 10-15 dəfə rəqibin cərimə meydançasının içində olmuşuq. Mərkəz müdafiəçilərimiz də ora kimi gəlib çıxmışdılar. 15 epizoddan birində rəqib qapıçı reaksiya verib top çıxarmırsa, bu da hücumda olan problemlərin sübutudur. Rəqibin hər hücumu təhlükə ilə bitir. Müdafiədə olan problemi də bilirik. Üç oyunumuz qalıb. Futbolçuları həmin matçlara kökləyəcəyik. Bilmirəm nə deyim. Artıq adımıza layiq bir şey etmirik. Xoş hal odur ki, son iki görüşdə məğlub durumda olarlən hesabı bərabərləşdirə bilirik, axıra kimi oynayırıq.
- Sizcə, növbəti mövsümdə sizə indiki qədər büdcə veriləcək?
- Çox tezdir. Bilmədiyim bir şey haqda mənə sual verirsiniz. Mövsümün sonunda gələn ilin planlarını müzakirə edəcəyik. Büdcənin nə qədər olacağını bilmirəm.
- Emin Mahmudovun müqaviləsi 2+1 illik idi. Artıq 2 il bitib. Emin növbəti mövsümdə komandada qalacaq?
- 1 illik müqaviləsi var. Hələ 3 oyun var. Müqaviləsi olanlar hələ ki, bizimlədir. Amma bu o demək deyil ki, sözləşməsi olanlar mütləq burada qalmalıdır. İnanıram ki, futbolçlarla fikirlərimiz üst-üstə düşəcək.
- "Neftçi"nin kapitanı Rza Cəfərov olsa da, futbolçu ictimaiyyəti Emin Mahmudovu kapitan kimi qəbul edir. Siz ona kapitanlığı niyə qaytara bilmədiniz?
- "Qaytara bilmədiniz" ifadəsinin arxasında başqa şeylər var. Sanki kimsə səni nəyəsə məcbur edir və sən də onun dediyini edirsən. Sanki məni yaxşı tanımırsınız. Belə bir şey ola bilər? Mən "Neftçi"yə gələn ərəfədə kapitanlıq məsələsi həddindən artıq şişirdilmişdi. Emin Mahmudov, Ramil Şeydayev... Futbolçuların fikrini meydana yönəltmək, bu məsələni sakitləşdirmək üçün Rzanı kapitan təyin etdim. Emin bu mövsüm çox əziyyət çəkdi. Mütəmadi zədələr bizim alışdığımız Emini meydanda görməməyimizə səbəb oldu.
- Ötən tur qolunuz sayılmadı, penaltiniz verilmədi. Bu gün isə Elvin Camalova asanlıqla qırmızı vərəqə göstərildi. Sizcə, hadisələr niyə bu formada cərəyan edir?
- Buna səbəb var. Amma qərəzlə bağlı olduğunu düşünmürəm. Hansısa hakimin "Neftçi"dən, Samirdən zəhləsi gedir deyə bir şey yoxdur. Yanlış qərarların əziyyətini çəkdim. Bassala Sambunun kubokun yarımfinal oyunlarında olmaması öz təsirni göstərdi. Bugünkü epizodda mənim gördüyüm qədərilə Elvinin ayağı topa dəyir. "Neftçi" haqda çox danışılır. Nəticələrimiz yaxşı deyil. Bizim düşdüyümüz situasiya heç kimə bu rahatlığı verməsin. Bunun sonu yaxşı qurtarmayacaq. Lazım olan insanlar masaya yumruğunu vuracaq. Ondan sonra Allah sizi qorusun. "Neftçi" haqda neqativ danışıqlara reaksiya verməməyimizin səbəbi var. Bu da futbolda başımızın aşağı olmasıdır. Nəticələrimiz heç kimə əsas vermir ki, "Neftçi"ni kimlərəsə xoş gəlmək üçün vasitə etsinlər. "Neftçi" bir gün özünə gələcək. Bu, tezliklə baş verəcək.
- Sizin planlarınızla klub rəhbərliyinin planları üst-üstə düşəcək?
- Yüz faiz əmin olun ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür. Biz onları anlayırıq, onlar da bizi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
09:00
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
23.10.2026
22.10.2026
21.10.2026
























