Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi
“Futbolçularımı təbrik edirəm. Çoxdandır "Azersun Arena"da oynamırdıq. Bura qələbə ilə geri dönmək pis olmadı. Qarşımızda istəkli rəqib var idi. Daha baxımlı oyun ola bilərdi. Amma ən azından yaxşı mübarizə oldu. Meydanda 90 dəqiqə belə mübarizənin getməsi sevindiricidir”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün 15 yaşlı Amin Rzayevə şans verdiniz. Növbəti oyunlarda da ona şans veriləcək?
- Xeyli vaxtdır bizimlə məşq edir. Bəzən milli komandaların düşərgəsində olanda məşqlərimizdən kənarda qalır. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Perspektivi var deyə əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, fiziki göstəriciləri pis deyil. Formalaşması üçün ona vaxt lazımdır. Bir neçə mövqedə oynamağı bacarır. Belə oyunçuların olması bizim üçün vacibdir. Özündən çox şey asılı olacaq. Biz perspektivli hər futbolçu üçün şərait yarada bilərik. Digər məsələlər onların özlərindən asılıdır. Sevimli mövqeyi sol cinah müdafiəçisidir. Qarşıdakı oyunlarda da ona şans verəcəyik. "Zirə" ilə yoldaşlıq oyununda özünü daha rahat hiss edirdi. Bu gün rəsmi oyun olduğu üçün həm sevincli, həm də həyəcanlı idi. Bizim qapılarımız hamı üçün açıqdır.
- Ötən tur "Sabah"la oyundan sonra Bəhlul Mustafazadədən başqa bütün futbolçularla görüşdünüz. Bu da müzakirələrə səbəb oldu. Həmin anları necə şərh edərdiniz?
- Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur.
- Dostunuz, həmkarınız Balakişi Qasımovun rəhbərlik etdiyi İctimai TV-də belə bir fikirlər səslənir ki, hakimlər sizə köməklik edir. Həqiqətən hakimlər sizə kömək edir, yoxsa İTV sizə qarşı qərəzlidir?
- Balakişi Qasımov mənim tanıdığım ən dürüst insanlardan biridir. İnanıram ki, o belə göstəriş versin. İctimai TV-yə gəlincə, orada qonaq olmayan jurnalist, futbol mütəxəssisi görməmişəm. İnsanların fikri azaddır. Bu o demək deyil ki, Balakişi müəllim belə fikir formalaşdırmaq tapşırığı verib.
- Çempionluğu necə qeyd edəcəksiniz?
- Yəqin ki, hər il olduğu kimi bu il də klub rəhbərliyi yaxşı tədbir təşkil edəcək. Sadə formada tədbir olacaq.
- Mövsüm ərzində media ilə sıx əlaqədə olursunuz. Futbolun inkişafında mətbuatın rolunu necə qiymətləndirirsiniz?
- Bir bir-birimizi tamamlamalıyıq. Sizin fikirləriniz, yazılarınız bizim üçün çox önəmlidir. Bu da inkişafın vacib hissəsidir. Həmişə mətbuatdan razı qalmışam. Futbolumuza dayaq olun. Əgər dəvət etsəniz, Azərbaycan mətbuatının 150 illik yubiley tədbirində də iştirak edərəm.
- "Azersun Holding"də baş verən rəhbər dəyişikliyinin kluba təsiri ola bilər?
- Bu barədə klubun rəhbərliyi açıqlama versə, daha yaxşı olar. Mənim bildiyim "Azersun Holding" rəhbərliyi daim daha yaxşısını etmək barədə düşünür. Abdolbari Gozal bəyə Allah rəhmət eləsin. Həmişə deyirdi ki, Heydər Əliyevə söz vermişəm, bu klubu Avropada daha yaxşı tanıtmaq üçün hər şeyi edəcəm. Təməli elə qoyulub ki, bu klub həmişə yaşayacaq. "Azersun Holding" rəhbərliyi hər zaman ən yaxşısını etməyə çalışacaq.
- Sizcə, "Qarabağ" - "Traktor" qardaşlıq matçının keçirilməsinin vaxtı çatıb?
- "Traktor"u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
18.10.2026
17.10.2026
























