3 Sentyabr 2026, Cümə axşamı
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Ölkə futbolu

“Şəfa” növbəti mövsüm I Liqada çempionluğa oynayacaq”

“İlk növbədə hər iki klubun azarkeşlərinə təşəkkür edirəm ki, belə möhtəşəm atmosfer yaratmışdılar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şəfa”nın baş məşqçisi Elgiz II Liqanın 24-cü turunda “Şahdağ Qusar”a qarşı keçirilən oyundan sonra deyib.

O, qolsuz heç-heçəni belə dəyərləndirib: “Oyunu qazanmalı olduğumuzu bilirdik, lakin alınmadı. Rəqib kompakt müdafiə olundu, arzuladığımız qolu vura bilmədik. Futbolçularıma təşəkkür edirəm, yaxşı mübarizə apardılar”.

O, çempionluqdan əllərini üzmədiklərini bildirib: “Qarşıdakı oyunlarda maksimum nəticə qazanıb rəqibin büdrəməsinə ümid edəcəyik. İnanıram ki, "Qusar" və "Dinamo" "Şahdağ Qusar"ı büdrədə biləcək”.

E.Kərəmli “Şəfa”nın növbəti mövsüm I Liqada çempionluğa oynayacağını söyləyib: “Komandanı gücləndirəcəyik. Əsas məqsəd çempionluqdur”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30