Ölkə futbolu
Rəşad Sadıqov: “Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi”
“Çox stresli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qələbə qazanıb 2-ci yeri təmin etmək, "Turan Tovuz" isə qalib gələrək üçüncülük mübarizəsini davam etdirmək istəyirdi. İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründü. 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, oyunu bərabərləşdirdik. İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur. Qırmızı vərəqədən sonra meydanda tam başqa futbol getdi. Bizə mübarizə aparıb, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçularda amansız mübarizə aparırdılar. Sona qədər inanırdılar, inamlı idilər ki, qol buraxmayacağıq. Amma bilirik ki, "Turan Tovuz" üstünlükdən yaxşı istifadə edən komandadır. Uzun hava ötürmələri, ikinci toplarda da həmçinin. O komponentlərdə də rəqibə uduzmayaraq, vacib qələbə qazanaraq ikinci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm. Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi. Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir. Bu mövsüm bizim üçün daha çətin keçirdi, rəqiblər bizə qarşı daha fərqli oynayırdılar. Şükürlər olsun ki, bu yükün öhdəsindən gəldik. Avrokuboka 2-ci yerlə gedirik. Bu, bizi çox sevindirir. Bütün mövsüm boyu göstərdikləri əzmkarlıq və peşəkarlığa görə, futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkirdik. Elə oyun olurdu ki, futbolçumuzun burnu qırılırdı, almacıq sümüyü qırılırdı, çoxsaylı zədələr olurdu. Çətinliklərə baxmayaraq, komandada daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Allaha şükürlər olsun ki, sonda istəyimizə nail olduq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXXIII turunda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Artıq 2-ci yeri təmin etdiniz. Bundan sonrakı oyunlarda rotasiyalar görəcəyik?
- Mütləq şəkildə. Bundan sonrakı müddət avrokuboklara hazırlıq olacaq. Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Avrokuboklara 1-ci, yoxsa 2-ci mərhələdən başlayacağımız artıq kubokun finalından asılıdır. Ya biz, ya da "Sabah" Avropa Liqasına gedəcək. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda Avropa Liqasında ölkəmizi təmsil etməyə layiqdir. Şəxsən mənim üçün ən vacib olan ikincilikdir. "Qarabağ" kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacibdir. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan komanda idik və sona üç tur qalmış nəticə həll oldu. Amma tam başqa cür də ola bilərdi. Bu mövsüm 2-ci yer bizim üçün uğurdur. 3-cü yer də bizim üçün uğur idi. Kuboku da qazana bilərdik. Amma 2-ci yerin dadı tam başqadır.
- Demək olar ki, indiki məqamda əsas məsələ güclənmək yox, hazırkı heyəti qoruyub-saxlamaqdır?
- Bu heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə 1-2 futbolçuya daha ciddi çempionatlardan ciddi təklif olar. Ola bilsin ki, elə ayrılıqlar olsun. Amma ümumən kollektivi qoruyub-saxlaya biləcəyik. Çünki hər bir futbolçunun müqaviləsi var.
- "Qarabağ" ölkə kubokunun finalında "Sabah"ı məğlub edərsə, "Zirə" Avropa Liqasına yollanacaq. Bunu istəyirsiniz?
- Xeyirlisi olsun. Mən hər zaman xeyirlisini istəmişəm. Hər klub Avropa Liqasında oynamaq istəyər. Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq.
- İndidən avrokuboklarda məqsədiniz bəllidir?
- Bu gün 2-ci yeri təmin etdik. Ötən turda 3-cü yeri təmin etmişdik. Rəhbərliklə bu barədə söhbətimiz olmayıb. Bütün fikrimiz çempionata yönəlmişdi. Bundan sonra görüşəcəyik, danışacağıq, plan tutacağıq. Hər bir klub kimi, biz də imkan qədər çox mərhələ keçmək istəyirik. Necə alınacağını zaman göstərəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
20:00
18 yaşlı qapıçı "Liverpul"da
-
19:16
"Şahdağ Qusar"da yeni yarımmüdafiəçi
-
18:35
Portuqaliyalı futbolçu PSJ-dən ayrıldı
-
17:58
Şahin Diniyev: "Coşqunun klubsuz olmağı məni narahat edir"
-
17:24
"Neftçi" Piriçlə yollarını ayırdı
-
16:49
Çimərlik futbolu millimiz dünya reytinqində irəliləyib
-
16:12
Füzuli Məmmədov klub prezidenti ilə görüşdü
-
15:31
"Şamaxı"nı Əlcəzair klubuna dəyişdi
-
15:00
Almaniya millisinin üzvü “Yuventus”da
-
14:23
Almaniyalı mütəxəssis azərbaycanlı məşqçilərə seminar keçib
-
13:57
Azərbaycan ağırlıqqaldıranı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
-
13:06
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
-
12:45
“Qarabağ” - “Araz-Naxçıvan” matçının biletləri satışda
-
12:18
"Karvan- Yevlax"dan yeni transfer
-
11:34
“Zirə” braziliyalı yarımmüdafiəçi transfer edir
-
11:09
“Neftçi”nin oyununun biletləri satışa çıxarıldı
-
10:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
Polina Rəhimova milli karyerasını başa vurdu
-
09:43
"Borussiya" darmadağınla kubokda mərhələ adladı VİDEO
-
09:17
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
-
09:00
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
-
18:41
Emrelinin komandasında yeni baş məşqçi
-
18:24
Cabir Əmirli I Liqa klubunda
-
17:58
Jezus rəsmən “Barselona”da
-
17:36
Azərbaycan Premyer Liqasında avqustun ən yaxşı 5 qolu VİDEO
-
17:02
Azərbaycan millisinin məşqçisi vəfat edib
-
16:43
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
-
16:14
Avropa birinciliyində 15 medal qazanmış ağırlıqqaldıranlarla görüş keçirilib
-
15:55
"Xankəndi"dən növbəti transfer
-
15:27
"Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub
-
15:00
"Çelsi"ni "Leyptsiq"ə dəyişdi
-
14:31
"Şimal" nigeriyalı legioneri heyətinə qatıb
-
14:19
Yamal 91 illik rekordu qırdı
-
13:48
"Gəncə" amerikalı basketbolçunu heyətinə qatıb
-
13:06
PFL VII turun oyun cədvəlini açıqladı
-
12:52
Kikboksçu Baba Abbaszadə 2 il müddətinə diskvalifikasiya olunub
-
12:23
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
-
11:34
Marko Yankoviç: “Azarkeşlər daha güclü “Qarabağ” görəcəklər”
-
11:17
"Barselona" - "Rayo Valyekano" matçında 7 qol VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
“Roma”dan darmadağın VİDEO
-
10:09
Zamiq oynadı, komandası qalib gəldi
-
09:30
"Beşiktaş"dan 6 qollu qələbə VİDEO
-
23:38
"Sumqayıt"ın baş məşqçisi: “Zamanla çatışmayan cəhətləri də aradan qaldıracağıq”
-
23:23
Sumqayıtda tək qol VİDEO
-
22:52
Qurban Qurbanov: “Heç bir yazıya cavab vermək niyyətində deyiləm”
-
22:05
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
-
21:17
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
-
19:43
"Sumqayıt" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
19:29
PFL-in sujeti: Gəncə stadionunda azarkeş coşğusu VİDEO
02.09.2026
01.09.2026
31.08.2026
Arxiv
| Sentyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | 05 | 06 | |
| 07 | 08 | 09 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
























