10 Iyun 2026, Çərşənbə
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi
U-17 millimiz Qazaxıstana uduzdu

Ölkə futbolu

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XXXII turunun 4 matçı heç-heçə bitib.

“Turan Tovuz” - “Şamaxı”, “Səbail” - “Araz-Naxçıvan” və “Sabah” - “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” - “Neftçi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Yalnız “Kəpəz” - “Zirə” oyununda (0:1) qalib müəyyənləşib.

Bir turda 4 heç-heçə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb.

2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündə qalib müəyyənləşməyib. Həmin gün “Qarabağ” - “Simurq” və “Qəbələ” - “Rəvan” oyunları qolsuz bitibsə, “İnter” - “Bakı” matçında 1:1, AZAL - “Xəzər Lənkəran” görüşündə 2:2 hesabı qeydə alınıb. “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30