24 Aprel 2026, Cümə
XXXI turun oyun cədvəli açıqlandı
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
“Qarabağ” rəsmiləri UEFA Forumunda

Ölkə futbolu

Buntiç: “Artıq kubokun finalını düşünməliyik”

“Meydana fərqli heyətlə çıxmışdıq. Bu da istər-istəməz oyunumuza təsir edirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun (1:1) haqda danışarkən deyib.

O, fasilədən sonra rəqibin təzyiqi artırdığını vurğulayıb: “Birinci hissəni yaxşı keçirdik. “Sabah” təhlükəli rəqibdir. Onlar da qalib gəlmək istəyirdilər. Buna görə ikinci hissədə təzyiqi daha da artırdılar. Biz daha çox əks-hücumlara bel bağlayırdıq. Qol vurmaq üçün şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik”.

28 yaşlı qolkiper çempionluğu rəsmiləşdirmələrinə də toxunub: “Çempionluq bizim üçün çox vacib idi. Çox sevinirəm ki, istəyimizə çatdıq. Hər birimiz xoşbəxtik”.

Buntiç mövsümü “qızıl dubl”la başa vurmaq istədiklərini bildirib: “İndi artıq kubokun finalını düşünməliyik. Əlimizdən gələni edəcəyik ki, “qızıl dubl” edək”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30