Ölkə futbolu
Qurban Qurbanov: “Pul söhbəti doğru-düzgün söhbət deyil”
“Futbolçularımı təbrik etmək istəyirəm. Bir illik əziyyətdən sonra uğur əldə etdilər. Bu, məni sevindirir. Çempionluğun sayı bəlkə bir az çox görünür. Amma futbolçuların istəkli olması çox vacibdir. Bu il də bunun şahidi oldum. Hər birinə təşəkkür edirəm. “Sabah”a qarşı əsl çempionluq oyunu oldu. Hər iki komanda tərəfdən ağıllı oyun gördük. Bu stadionda oynamaq həmişə xoşdur. Azarkeşlərimizi təbrik edirəm. Onlar da bunu haqq etdilər. Hər zaman bizimlə oldular. “Sabah”a uğurlar arzulayıram. Onların da azarkeşlərinə təşəkkür edirəm. Gözəl mənzərə var idi. Hər birimiz sevinirik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sabah”a qarşı keçirilən oyundan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçular elə sevinirdi ki, sanki çempion olmayıblar, artıq buna öyrəşiblər...
- Nə qədər çempionluğun sayı çox olsa da, futbolçuları belə motivasiyada saxlamaq vacibdir. Onların arzusu olmasa, bu tempdə saxlamaq çətindir. Qalib gəlmək istəyirdik. Hər bir uğurun ilkləri daha ləzzətli olur. Amma mən həmişə növbəti uğuru daha çox əldə etmək istəmişəm. Oyundan sonra sevinməyə gəldikdə, ola bilər ki, orada bir az motivasiya görünmür. Amma hər bir halda, mənə vacib olan meydançadır, orada da oyunçularımın istəyini gördüm.
- Sanki daha çox oynamayan futbolçularla meydana çıxmışdınız. Buna səbəb kubokun finalında da rəqibinizin "Sabah" olması idi, yoxsa oyunçularınıza istirahət vermişdiz?
- Heyəti tam dəyişmişdik. Əvvəlki onbirlik və bugünkü onbirlik tam fərqli idi. Son oyunlarda demək olar ki, heyəti dəyişməmişdim. Kubokun cavab görüşündə də oyunçularda yorğunluq olması hiss edilirdi. Amma bu oyunda da demək olar ki, heyətin hamısını "Araz-Naxçıvan"la matçda da meydana buraxmışdım. Onları qorumaq istədim. Yorğunluqdan sonra yenə yükləmə verəndə, futbolçuların bərpa çox gec olur. Belə hallar ilboyu dəfələrlə olub. 2-3 oyun bir heyət oynayır, onlara yaxşı istirahət vacib olur. Bu gün bundan istifadə etdik. Digər oyunçularımıza da əlavə təşəkkür edirəm. Çoxdandır oynamayanda 90 dəqiqəlik dinamikanı, məsuliyyəti qoruyub-saxlamaq çətindir. Amma bunu bacardılar. Hər çempionatda oyunlarımız olub ki, ikinci heyət kimi düşündüyümüz heyətin çempionluqda payı daha çox olub, nəinki digərlərinin.
- "Qarabağ"ın bu yay heyətdə köklü dəyişikliklər edəcəyi iddia olunur. Bu nə dərəcədə doğrudur?
- Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun addım atmaq istəyirik. Əgər bu dəqiqə futbolçuların hamısını dəyişim və deyim ki, 15-20 futbolçu məni orada gözləyir, çox çətindir. Hansı futbolçu ilə işləmişəm,onları göndərmək istəmirəm. Onların əziyyətini, can yandırmasını görürəm, hiss edirəm. Buna görə heç bir futbolçunu göndərmək istəmirəm. Baş məşqçi kimi hansısa futbolçu ilə yollarımızı ayırmaq mənə çətindir. Amma gedişata görə, bu addımı atmaq istəyirik. Komandaya yeni nəfəs vermək, daha da aktivləşdirmək, gücləndirmək üçün imkanımız, şansımız olsa, mütləq bu addımı atacağıq. Futbolçular göndəriləcək, ya yox bu barədə düşünmürük. Sadəcə komandamıza əlavə oyunçular götürmək istəyirik. Çünki kollektivimizdə həmişə 24-25 futbolçu olub. Bu gün tam 20 futbolçumuz var. Neçə futbolçumuz getdi, onların yer hələ ki boş qalıb. Çalışacağıq ki, dəyişikliklər edək. Amma bu o demək deyil ki, qlobal dəyişikliklər olacaq. Gedişata görə belə addım gözlənilmir.
- Klubun prezidenti bildirib ki, yayda 4-5 futbolçunun transferi gözlənilir. Sizin indidən gözaltı etdiyiniz oyunçular var?
- Hər ilin sonunda, yekununda rəhbərliklə müzakirələrimiz var. Qarşılıqlı təşəkkürlərimiz olur. İl boyu hər birimizin üzərinə düşən vəzifə var. Onu biz düzgün, layiqincə yerinə yetirsək, sonda birlik möhkəm olsa, nəticədə uğur da olur. Mütləq müzakirələrimiz olacaq. Bizim illər boyu diqqətimiz daha çox yay "transfer pəncərəsi"nə olub ki, daha çox oyunçu dəvət edə bilərik. Olub ki, 4-5 oyunçu transfer etmək istəmişik, amma 2 futbolçu ilə tamamlamışıq. Çünki transfer o qədər də asan deyil. Gözaltı etdiyim futbolçular var. Amma əfsuslar olsun ki, onları bəzən əldə edə bilmirik. Son vaxtlar Avropaya daha çox meyillidirlər. Bizim kimi və ya bizdən bir az yuxarı futbol ölkələrində ümumi struktur daha yaxşılaşdırılıb, maliyyə cəhətdən də daha böyüyüblər. Ona görə də futbolçuları bura gətirmək heç də asna deyil. Amma hər bir halda həmişə demişəm ki, komandaya yeni nəfəs lazımdır. Daha da uğurlu nəticə əldə etmək istəyiriksə, daha çox çalışmalı, iş saatımızı çoxaltmalıyıq. Əgər alınsa, hər xətdə 2 oyunçu götürsək, bunların sayı 5-6 olacaq. Planımızda var. Xeyirlisi olsun.
- Fransa və Əlcəzair mətbuatının yazdığına inansaq, Kadi Borgesin gəlişindən sonra Yassin Benzia maaşınına artırılmasını istəyir. Digər tərəfdən, Marko Veşoviçin də gedəcəyi iddia edilir. Bu iki məsələ haqda fikriniz necədir?
- Bu haqda fikirlərimi bir az bildirdim. İstəyərəm ki, bu futbolçularla illər boyu birlikdə olaq. Çünki biz bir-birimizi daha yaxşı tanıyırıq, bir-birimizin tələbəini daha yaxşı anlayırıq və yerinə yetirməyə çalışırıq. O ki qaldı, pul söhbəti doğru-düzgün söhbət deyil. Narazılıq, ya hansısa futbolçu daha çox pul istəyir deyə, müqavilə imzalanılmır filan... Burada belə bir şey olmayıb. Sadəcə hər bir futbolçunun müəyyən yaş dövründən sonra onların son addımı olur. Ola bilər ki, daha yaxşı təklif gözləyirlər, daha yaxşı çempionatda oynamaq istəyirlər. Benzia və Veşoviçlə pul söhbətində heç bir narahatçılığımız, narazılığımız olmayıb. Ki, mən bu qədər istəyirəm, mən vermirəm filan. Benzianın öz çəkisi var, Veşoviçin öz çəkisi. Kadi gəldi deyə, mən çox pul istəyim... Bunların hamısının özlərinə xas ədəb-ərkanları var. Özləri öz bacarığına görə danışıqlarda fikirlərini bildirirlər. Amma Kadi gəldi deyə, pulumu artırın filan, onlar heç bu cür etməzlər. Dediyim kimi, ədəb-ərkanları, əxlaqları olan insanlardır. Belə söhbət yoxdur. Sadəcə illər boyu olub ki, futbolçumuzla bir mövsüm elə danışığımız gedib. Futbolçunun özü üçün də qərar vermək asan deyil. Çünki onların o qədər məsləhət verənləri olur ki. Hansısa təkliflər olur, futbolçu da başlayır planlar qurmağa. Sonda da mən onları anlayaraq, sərbəst buraxıram və son gündə müqavilə bağlamaq lazım olsa belə, ona da razılaşıram. Çünki futbolçu ömrü, karyerası qısadır. Əgər onlar hansısa maliyyəyə baxmayaraq, burada çıxış edirlərsə, klubun uğuru üçün öz güclərini hər oyun sona kimi qoyurlarsa, mən də hansısa kompromisə getməliyəm. Hər birini öz çəkisi var. Bəzi yazılan yazılar həqiqəti əks etdirmir.
- Çempionlar Liqasında hədəf nədən ibarət olacaq?
- Hələ ki fikir bildirə bilmərəm. Vaxt var. Amma biz hər turnirdə maksimum uğur əldə etməyə çalışmışıq. İstəklərimizi həyata keçirə biləcəyik, ya yox onu qarşıdakı turnirdə görünəcək. Hər il istəyirik ki, daha da yaxşı olaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
-
18:18
I Liqada hakim təyinatları açıqlandı
-
17:56
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
-
17:33
Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarılıb
-
17:02
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
-
16:47
Qadın güləşçilərdən ibarət millimiz Qubada təlim-məşq toplanışına start verib
-
16:24
Azərbaycan Velosiped İdmanı Federasiyası məşqçilərin qarşısına yeni vəzifələr qoyub
-
16:11
Güləşçilərimiz "Xadartsev qardaşlarının kuboku"nda 8 medal qazanıblar
-
15:55
Ceyhun Nuriyev: “Ən azı heç-heçəyə layiq oyun göstərdik”
-
15:30
Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda beynəlxalq toplanışa qatılıb
-
15:08
Azərbaycanın sərbəst güləş millisi toplanışa başlayıb
-
14:46
Azərbaycan paraüzgüçüsü Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:29
İtaliya klubunda baş məşqçi istefası
-
14:13
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
-
13:57
“Sumqayıt”ın Yay Futbol Düşərgəsinə yekun vurulub FOTOLENT
-
13:32
Mövsümdə ilk, 60-cı qol, təkrarlanan rekord
-
13:01
Gəncədə mövsümün yeni rekordu
-
12:44
“Zirə”nin kapitanı “250”yə çatdı
-
12:28
“Turan Tovuz”un evdə 100-cü qolu
-
12:15
Son 21 mövsümdə ilk dəfə
-
12:00
Rüfət Abbasov: “Bu qolu heç vaxt unutmayacağam”
-
11:36
“Kəpəz”in veteranı vəfat edib
-
11:13
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
10:49
“Neftçi”nin yeni transferi bu gün Bakıya gəlir
-
10:22
"Milan" sonda qələbəni əldən verdi VİDEO
-
10:07
Koxalski: “Mənim üçün “Qarabağ”dan getməyin ən doğru vaxtıdır”
-
09:54
"Trabzonspor"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:15
London derbisini "Arsenal" qazandı VİDEO
-
23:12
"Qarabağ" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:00
Qurbanov: “Bu, təhlükəlidir”
-
22:49
“Qarabağ”a qarşı belə oyunumuz növbəti matçlar üçün stimuldur”
-
22:36
Millimiz Gürcüstana məğlub oldu
-
22:25
Mahir Emrelinin komandası yenə uduzdu
-
22:08
“Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalibm gəldi
-
21:33
Tovuzda 3 qol vuruldu VİDEO
-
21:14
Millimizin üzvü Kosovada het-trik etdi
-
20:57
Kurban Berdiyevdən qələbə şərhi
-
20:41
"Sumqayıt"ın baş məşqçisi: "Nəticə oyuna görə olmadı"
-
20:00
Cəlal oynadı, komandası qalib gəldi
-
17:52
“Turan Tovuz” və “Sumqayıt” rəhbərliyindən alqışlanası addım FOTOLENT
-
16:16
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşdü FOTOLENT
-
15:39
Krivotsyukun komandasından darmadağın
-
11:05
"Bavariya"dan xal itkisi VİDEO
-
10:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
“Artıq şərhə ehtiyac duymuram, “Neftçi”nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi”
-
09:54
"Roma"dan əzmkar qələbə VİDEO
-
09:31
Rüfət oynadı, komandası xalsız qaldı
-
09:17
"İnter"dən möhtəşəm geridönüş VİDEO
-
23:59
İstanbul derbisini "Beşiktaş" qazandı VİDEO
-
23:42
Şeydayev oynadı, “Soçi” uduzdu
07.09.2026
06.09.2026
05.09.2026
























