Ölkə futbolu
Samir Abasov: “Faciədir, nəticə çıxarmalıyıq”
“Neftçi” Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində öz meydanında “Zirə”yə 2:4 məğlub olub.
Futbolxeber.az saytının məlumatına görə, flaqmanın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Neftçi" hesabda 3:0, 4:0 olanda da azarkeşlər oyunun sonunu gözləməyə qorxurlar. Yayda qurulan komandanın gücü bir hissəyə çatır? Siz hesabda irəlidə ola-ola uduzmağı nə ilə əlaqələndirirsiniz?
- Problemlərimizi bilirik. Deyirlər bilirsinizsə, niyə çözmürsünüz? Çox çətin prosesdir. Bizim hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq, Ağadadaş Salyanski təkbətək çıxıb, rəqibə qırmızı vərəqə aldıra bilərdi. Rəqibin etdiyi hər hücum təhlükəli epizodla bitir. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Motivasiya ilə oyuna çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, baş verən proseslər dediyimiz problemlərin təsdiqidir. Birə-bir mübarizələri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistika da hər şeyi göstərir. Təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Bu mövsümü qurtaracaq oyuna çıxmalıyıq. O oyunda daha başqa motivasiya ilə, karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Zaman göstərəcək. Bildiyimiz şeylər başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Çox şeyləri mətbuat konfransında açıb deyə bilmirik.
- "Sabah"la kubok matçında geridönüşə inanırsınız?
- İnanıram. "Turan Tovuz"la oyundan sonra "Sabah" da kuboka son çıxış yolu kimi baxır. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.
- Azarkeşlərlə də görüşmədiniz. Bütün bunların sonunda özünüzün bu məğlubiyyətlərdə rolunuzu görürsünüz?
- Çox yaxşı sualdır. İnkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Ən yaxşı yol özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmdə gəlirik, problemli komandanı götürürük. Bilirdik ki, günahkar kimi baş məşqçini görəcəklər. Bu cür faciə olan oyunlardan... Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.
- Rəşad Sadıqov bildirdi ki, Samir Abasov yaxşı komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiniz?
- Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir də, nə yolun yolçusuyam, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz "stoyka"sını saxlayan insanlar var. Rəşad kimi. Az olsa da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.
- “Sumqayıt”ın büdcəsi “Neftçi”dən aşağıdır, orada daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa “Neftçi”nin futbolçuları ilə? Ümumiyyətlə, “Neftçi” səviyyəsində, iddialı olacaq kollektiv yığışıb?
- “Neftçi”də işləmək “Sumqayt”da işləməkdən daha çətindir. “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatlıq var. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. “Neftçi”də çətindir. "Sumqayıt"a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən gəldik. Sonra Konfrans Liqasına da getdik. “Neftçi”də çətin olsa da, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, xeyr, iddialıdan uzaq komandayıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
-
11:36
“Kəpəz”in veteranı vəfat edib
-
11:13
"Mançester Yunayted" sonda qələbəni əldən verdi VİDEO
-
10:49
“Neftçi”nin yeni transferi bu gün Bakıya gəlir
-
10:22
"Milan" sonda qələbəni əldən verdi VİDEO
-
10:07
Koxalski: “Mənim üçün “Qarabağ”dan getməyin ən doğru vaxtıdır”
-
09:54
"Trabzonspor"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:15
London derbisini "Arsenal" qazandı VİDEO
-
23:12
"Qarabağ" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:00
Qurbanov: “Bu, təhlükəlidir”
-
22:49
“Qarabağ”a qarşı belə oyunumuz növbəti matçlar üçün stimuldur”
-
22:36
Millimiz Gürcüstana məğlub oldu
-
22:25
Mahir Emrelinin komandası yenə uduzdu
-
22:08
“Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalibm gəldi
-
21:33
Tovuzda 3 qol vuruldu VİDEO
-
21:14
Millimizin üzvü Kosovada het-trik etdi
-
20:57
Kurban Berdiyevdən qələbə şərhi
-
20:41
"Sumqayıt"ın baş məşqçisi: "Nəticə oyuna görə olmadı"
-
20:00
Cəlal oynadı, komandası qalib gəldi
-
17:52
“Turan Tovuz” və “Sumqayıt” rəhbərliyindən alqışlanası addım FOTOLENT
-
16:16
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşdü FOTOLENT
-
15:39
Krivotsyukun komandasından darmadağın
-
11:05
"Bavariya"dan xal itkisi VİDEO
-
10:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
“Artıq şərhə ehtiyac duymuram, “Neftçi”nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi”
-
09:54
"Roma"dan əzmkar qələbə VİDEO
-
09:31
Rüfət oynadı, komandası xalsız qaldı
-
09:17
"İnter"dən möhtəşəm geridönüş VİDEO
-
23:59
İstanbul derbisini "Beşiktaş" qazandı VİDEO
-
23:42
Şeydayev oynadı, “Soçi” uduzdu
-
23:34
"Neftçi" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:18
Yuri Vernidub: “Qarşıda hələ çox işimiz var”
-
22:26
"Neftçi” liderliyə yüksəldi
-
22:00
Nuriyevin komandası səfərdə sevindi
-
21:11
Rəşad Sadıqov: “0:2-dən sonra oynamaq çətin idi”
-
20:43
Nərimanın komandası qalib gəldi
-
18:25
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
-
18:09
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında 1/4 finala yüksəlib
-
17:32
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü başa çatıb
-
16:14
Basketbol Federasiyası Milan Kotaraçla əməkdaşlığa xitam verib
-
14:58
Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi Azərbaycan millisinin üzvləri ilə görüşüb
-
13:41
Qubada beynəlxalq şahmat festivalına start verilib
-
13:00
PSJ-də 5 yeni müqavilə
-
12:36
Gəncə şəhər stadionunda anşlaq
-
11:53
PSJ öz meydanında uduzdu VİDEO
-
11:15
“Kəpəz”in bir atımlıq barıtı, Bağırovun master-klassı və “Qəbələ”nin oyanışı
-
10:49
İsak "Liverpul"a qələbə qazandırdı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
“Real”ın mövsümdəki ilk məğlubiyyəti VİDEO
-
09:54
ÇL: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
07.09.2026
06.09.2026
05.09.2026
























