8 Iyun 2026, Bazar ertəsi
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib

Ölkə futbolu

400-cü dəfə 3:0

Azərbaycan çempionatları tarixində 400-cü dəfə 3:0 hesabı qeydə alınıb.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının XXVIII turunun “Zirə” - “Şamaxı” matçına (3:0) təsadüf edib.

Turnirdə ilk 3:0 1992-ci il mayın 3-də qeydə alınıb. Həmin gün “Pambıqçı” (Bərdə) “Şirvan”a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib. Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 65 dəfə. “Neftçi” 41, “Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox - 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, “Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb.

Qeyd edək ki, “Zirə” və “Şamaxı” üçün bu nəticə 12-ci olub. Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30