20 Iyul 2026, Bazar ertəsi
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
Millimiz üçün yeni rəqib tapıldı
"Qarabağ" səfərdə də qalib gəldi
"Zirə" növbəti mərhələyə yüksəldi

Ölkə futbolu

Millimiz Maltaya uduzub qrup sonuncusu oldu

Azərbaycanın qadınlardan ibarət U-17 millisi bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 3-cü oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib.

Bayıl stadionunda təşkil olunan qarşılaşma Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gəlib. Bolqarıstan 4 cavabsız qolla rəqibini üstələyib.

Bu nəticələrdən sonra Bolqarıstan və Lüksemburq 6 xalla qrupda 1-ci və 2-ci yerləri bölüşüblər. Malta və Azərbaycan millisi isə hərəyə 3 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. Qrup lideri olan Bolqarıstan A Liqasına yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana 3:2 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31