Ölkə futbolu
Vəli Qasımov: “Qarabağ”a gücünə görə azarkeşlik edirlər, amma ürəklərdə “Neftçi”dir”
“Neftçi” klubunun sabiq futbolçusu və baş məşqçisi Vəli Qasımov İdman.biz-ə müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Bu gün “Flaqman”ın yarandığı gündür. 88 yaşını tamamlayan “Neftçi” sizin üçün nə deməkdir?
- “Neftçi” bizim ürəyimizdir. O vaxt futbolçuların çoxu bu komandada oynamaq istəyirdi. Mənim bəxtim gətirdi ki, bu xoşbəxtlik mənə nəsib oldu. Ən gözəl vaxtlarım “Neftçi”də keçib. Təəssüf ki, biz komanda olaraq böyük nəticələrə imza ata bilmədik. Keçmiş SSRİ dövründə rəqabət çox güclü idi, “Spartak”, “Dinamo” kimi əjdaha komandalar vardı. Buna baxmayaraq, 1986-cı ildə birinci dövrədən sonra komanda üçüncü yerdə gedirdi, yekunda doqquzuncu olduq.
- Həmin dövrdə məşhurluğu necə yaşayırdınız?
- Bizi çox adam tanıyırdı. Küçədə yaxınlaşıb şəkil çəkdirirdilər, avtoqrof istəyirdilər. Camaat rayonlardan “Neftçi”nin oyununu dəstəkləməyə gəlirdi. Stadionda yer də tapa bilmirdilər, pilləkənlərə qədər dolu olurdu. O vaxt futbolçuların səviyyəsi yüksək olduğu üçün insanlar futbola böyük maraq göstərirdi. Bu gün çox şey dəyişib, futbolumuzda xaricilərin sayı artıb. Çox güman bu amillərin də təsiri var. Yadımdadır, komandaya təzə gəldiyim vaxtlarda təkcə məşqlərə baxmağa dörd-beş min adam gəlirdi. Bu gün heç o qədər adam oyunlara gəlmir. “Neftçi” uduzanda küçəyə çıxmağa utanırdım. O vaxt futbola münasibət də tamam başqa cür idi.
- “Neftçi”də keçirdiyiniz ən yaddaqalan oyun hansı olub?
- Bakıda SSRİ yığma komandası ilə keçirdiyimiz görüşü qeyd edə bilərəm. O vaxt İttifaqın ən güclü futbolçuları gəlmişdi. Oyun 1:1 bitdi. Heç kim bu komanda ilə heç-heçə edəcəyimizi gözləmirdi. Həmin oyundan sonra bizi xeyli təriflədilər (gülür).
- Komanda yoldaşlarınız arasında ən yaxın dostunuz kim olub?
- Bu günə kimi bir çoxu ilə dostluq münasibəti davam edir. Həm komanda yoldaşlarımla, həm də məşqçilərlə aram həmişə çox yaxşı olub. Xüsusi olaraq kiminsə adını çəkmək düzgün olmaz. Mən ümumiyyətlə, problemli adam deyiləm.
- “Neftçi”nin Azərbaycan futbolundakı yerini necə təsvir edərdiniz?
- “Neftçi” bu günə kimi Azərbaycanın “Flaqman”ıdır. O vaxt Azərbaycanın ən güclü komandası olmuşuq. Çox istərdik ki, həmin “Neftçi”ni indi də görək.
- Sizcə, niyə görə bilmirik?
- Səbəblər çoxdur. Ancaq bu haqda danışmaq bir qədər çətindir, çünki hazırda orada işləmirəm. Çox güman, klubun daxilində müəyyən problemlər var. “Neftçi” hələ tam düzəlməyib, ancaq inanıram ki, komanda öz adını yenidən qaldıracaq. Bu gün “Qarabağ” gözəl oyun nümayiş etdirdiyi və güclü olduğu üçün hamı onlara azarkeşlik edir. Amma həmişə ürəyimizdə “Neftçi” olub. “Neftçi” “Neftçi”dir də.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
20.10.2026
19.10.2026
























