6 Iyun 2026, Şənbə
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib
Millimiz Macarıstana məğlub oldu
Zaur Həşimov rəsmən “Şəfa”da

Ölkə futbolu

Azər Bağırov: “Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm”

“Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”a qarşı keçirilən oyundan (0:0) sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısınız?

- Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var.

- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?

- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq.

- Komandanın içində olan problemləri tapa bildiniz?

- Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30