13 Mart 2026, Cümə
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları
İran DÇ-2026-da iştirak etməyəcək

Ölkə futbolu

Maykl Tuik: "Sabah"a qarşı bütün komanda kimi mən də döyüşdüm"

“Şamaxı”nın braziliyalı hücumçusu Maykl Tuikin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sabah”ı məğlub etdiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Ağır oyun idi. Çünki yaxşı komandaya qarşı oynayırdıq. Əlimizdən gələni etdik, maksimum gücümüzü ortaya qoyduq. Nəticədə də qələbə qazandıq.

- Azarkeşlər sizin oyununuzu bəyəndilər, bunu onların dəstəyindən də hiss etmək mümkün idi. Bəs siz necə, öz çıxışınızdan razı qaldınız?

- Qalib gəlmişiksə, oyunumdan razıyam. Bütün komanda kimi mən də döyüşdüm. Lakin anlayıram ki, qol vurulmalıyam. Çünki mövqeyimə görə bu, çox vacibdir.

- “Şamaxı”ya qış fasiləsində qoşuldunuz. Artıq komandaya tam uyğunlaşa bilmisiniz?

- Adaptasiya prosesim çox gözəl keçdi. Komandada hər kəslə münasibətim yaxşıdır. Həmçinin Şamaxıda insanlar da çox qonaqpərvərdirlər. Burada özümü evdəki kimi hiss edirəm.

- Son 2 turda “Şamaxı” 6 xal topladı. Artıq Premyer Liqadan düşmək təhlükəsindən uzaqlaşdığınızı söyləmək olar?

- Bu iki qələbə bizə çox motivasiya verdi. Həm də göstərdik ki, “Şamaxı” liqada qalmaq yox, daha yaxşı yerlər uğrunda mübarizə aparmağa qadirdir.

- Qarşıdakı turda daha bir iddialı komanda – “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- “Araz-Naxçıvan”ın oyununu izləmişəm. Rəqib haqda məlumatım var. Bilirəm ki, çox yaxşı komandadırlar. Buna baxmayaraq, hər zamanki kimi qarşıdakı matça ciddi hazırlaşacağıq və bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31