Ölkə futbolu
Samir Abasov: "Kameranı söndürün, xanımlar çıxsın, mən danışım"
"Neftçi" Azərbaycan Premyer Liqasının 26-cı turunda "Turan Tovuz"la bərabərə qalıb - 1:1.
Futbolxeber.az saytının məlumatına görə, flaqmanın baş məşqçisi Samir Abasov matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?
- Rəqib azlıqda qalmamışdan qabaq oyuna yaxşı başlamışdıq. Nə etmək istədiyimiz görünürdü. Əsas o idi ki, biz istədiyimizi futbolçular yerinə yetirirdi. Dinamika, sürət var idi. Rəqib 10 nəfərlə qalsa da, onların oyunu bəllidir. Bütün komanda ilə müdafiə olunurdular, bizə də çətinlik yaradırdılar. Amma ilk hissədə 2 real epizodumuz var idi. Sonra hücuma daha ürəkli getməyə başladıq. Dəyişikliklərin də təsiri oldu ki, qol vurduq. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan. Amma rəqib 10 və 11 nəfərlə də eyni cür oynayanda, plan üzrə iş gedir.
- Komanda Premyer Liqada qeyri-stabil zolağı tərk edə bilmir. Bütün diqqət artıq kubokdadır?
- Onsuz da mən bura gələndə prioritet, çıxış yolunu kubokda görürdük. Hamı başa düşürdü ki, 5 xalla çempionatın davamını gətirmək yeni baş məşqçi, yeni futbolçular üçün çətin olacaq. Amma liqa oyunlarından qopmamışıq. Kuboka da, liqa oyunlarına da köklənirik. Bütün matçlara qalibiyyət üçün çıxırıq.
- Ağadadaş Salyanskini "Kəpəz"lə matçdan sonra tənqid etmişdiniz, amma bu gün də start heyətində idi...
- Futbolçu ilə danışırıq. İş prinsipim belədir. Mənim işimdə belə şeylər olur. Xoş hal odur ki, Ağadadaş həmin açıqlamadan sonra üzə çıxdı. Təki belə olsun. Azərbaycanlı futbolçunun vəkilləri çoxaldı. Keçən dəfə tənqid etdik, bu dəfə start heyətində meydana çıxmayacaq deməmişdik. Əsas odur ki, iradlardan dərs çıxarsın. Bundan sonra daha yaxşı olmalıdır. Ağadadaş və digər oyunçular, əvəzedici komandadan gələnlər başa düşməlidir ki, bu, şansdır. Yerli baş məşqçinin burada olması onlar üçün şansdır. Legionerlər var, yüksək maaş alanlar var, onlar ehtiyatda oturublar, Ağadadaşa şans veririk. Ağadadaş və digər futbolçular da bu şansı dəyərləndirməlidir. Hücumçudursa, bunu göstərməlidir. Məşqlərdə, oyunda bunu etməlidir. Tənqid edirik, irad bildiririk. Bundan sonra da hamısı şans qazanacaq.
- "Qarabağ" Azərbaycan Premyer Liqasından üstün səviyyədə komandadır. Amma hazırkı "Neftçi" 10 nəfərlə qalan "Turan Tovuz"u udacaq potensialda deyil?
- Baxırdınız oyuna? Biri var epizoda girmək, bunun üzərində işləyirsən. Elə epizodlar olur ki, orada oyunçu qərar verməlidir. 11 və ya 10 nəfər, "Turan Tovuz"un oyun üslubu budur. 11 nəfərə qarşı da belə vəziyyət olacaqdı. Rəqibin 10 nəfər qalmağını əlinizdə bayraq tutursuz. Udmaq üçün hər şeyi etdik. Ondan artıq epizod yaratmağımızı istəyirsizsə, dərhal olası bir şey deyil.
- Dembo Darbonun zədəsi xronikidir? Kubok görüşünə hazır olacaq?
- Xronikidir, ya yox, bilmirəm. Tam hazır deyil. Siyahıda 23 futbolçu olmalıdır. Darbo optimal formadan uzaqdır. Milli fasilədən sonra düzəlsə, oynayar.
- Emin Mahmudov niyə oynamadı?
- Zədəyə görə. "Səbail"lə görüşü də buraxacaq. Müalicə prosesi keçəcək. Emin kimi yaşlı oyunçularda proses uzun çəkir. Mahmudov sona kim qaçan, gücün qorumayan oyunçudur.
- Futbolçu dönəminiz gözümüzün qabağında olub. Sizdəki döyüşkənlik niyə indiki "Neftçi"də yoxdur?
- Deməzdim ki, komanda təslim olub. Bu qol bizi üzdü. Bəzi oyunçular anlayacaqlar, bəzi oyunçular məşqçisinin ruhunu özünə götürəcək. Kiminsə içində yoxdursa, dəyişmək çətindir. Bizdə yoxdur demirəm, ümumi deyirəm. İnsanlar ayrı-ayrı xarakterə malikdir. İnanıram ki, bu da düzələcək. Burada problem görmürəm. Son vaxtlar harada təslim olduq? Elə "Zirə"də son dəqiqədə qalib gəldik. Bəzi matçlarda komanda, oyunçu düşür. "Kəpəz"lə oyunda baş verənlərə görə ümumi fikir formalaşıbsa sizdə... Məndə belə fikir yoxdur. Komandam axıra kimi döyüşür. Referi hər epizodda cərimə zərbəsi verirdi, uşaqlar yerindən qalxırdı. Siz verdiyiniz suallar tək elə bil "Neftçi"yə verilən suallardır. Yaxşı da xarakterimiz var. Bundan da yaxşı olacağıq.
- "Neftçi"dən gözləntilər yüksəkdir...
- Reallığı da qəbul edək ki, 5 xalı olan komandanı götürmüşük. İnsanlar da başa düşür ki, dərhal 1-ci və ya 2-ci yerə gətirib çıxara bilmərsən. "Neftçi"nin ətrafında neqativ axtarmağa çalışırsızsa, bunun sonu yoxdur.
- Bəzi azarkeşlər "Neftçi"ni ötən turda "Kəpəz"ə qəsdən uduzmaqda ittiham edir...
- Mən nədən danışım? Mən bu qədər danışdım, gör nə deyirsiniz... Niyə başqa klublara belə suallar verilmir? Günahımız nədir? Cavab istəyirsiniz? Kameranı söndürün, xanımlar çıxsın, mən danışım.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























