Ölkə futbolu
Ruan Renato: “Avrokuboklara gedəcək klublar son turda müəyyənləşəcək”
“Zirə”nin müdafiəçisi Ruan Renatonun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail”i 1:0 hesabı ilə məğlub etdiniz. Dramatik sonluqla başa çatan görüşü necə şərh edərdiniz?
- Oyunun çətin keçəcəyini bilirdik. Həftə ərzində formada olan “Səbail”ə qarşı oynayacağımızı anlayırdıq. Məşqlərimiz də bunun üzərində qurulmuşdu. Gördüyünüz kimi, rəqib sona qədər mübarizə apardı. Yalnız final fitinə saniyələr qalmış qol vurub qələbə qazandıq. Nəticədən məmnunuq.
- Demək olar ki, erkən qol vura bilməmək “Zirə”nin işini çətinləşdirdi?
- Digər oyunlarda hücumameyilli futbolçularımız yaxaladıqları şanslarda istifadə edirdilərsə, bu dəfə alınmadı. İlk hissədə hesabı aça bilmədik. Belədə istər-istəməz vaxt daraldıqca təzyiq də artır.
- Dirəkdən qayıdan toplarınız oldu. Həmin anda düşünmədiniz ki, futbol yazılmayan qanunu – vurmayana vurarlar – işə düşəcək və rəqib hesabı açacaq?
- Futbolda bəzən belə situasiyalar olur. Qol vəziyyətindən istifadə edə bilmədikdə təzyiq olur, stressi hiss edirsən. Xüsusən də “Səbail” kimi komandaya qarşı. Çünki onlar əks hücumlarda yaxşıdırlar. Ani diqqətsizlik rəqibin fərqlənməsinə gətirib çıxara bilərdi. Xoşbəxtlikdən bu olmadı.
- Ardıcıl 4-cü qələbə və üçüncü pillədəki “Araz-Naxçıvan”la aranızdakı xal fərqi 5-ə çatdı. “Zirə”nin əmin addımlarla ötənilki kimi gümüş medala doğru əmin addımlarla irəlilədiyini söyləyə bilərik?
- Xeyr, deməzdim. Baxmayaraq ki, xal fərqimiz böyüyüb. Amma mövsümün sonuna hələ çox var. Rəqiblərimiz son ana qədər mübarizə aparacaqlar. Düşünürəm ki, avrokuboklara gedəcək klublar son turda müəyyənləşəcək. Rəqiblər istəyimizə tez çatmağı imkan verməzlər. Sona qədər mübarizə aparacaqlar.
- Yarımfinaldakı rəqibin “Qarabağ” olduğunu və apreldəki sıx təqvimi nəzərə alsaq, kubokda mübarizəni dayandırmağın çempionatda “Zirə”nin xeyrinə olduğunu demək mümkündür?
- Bu fikirlə razı deyiləm. Çünki mövsümə başlayarkən qarşımızda iki hədəf var idi. Biri çempionatda mümkün olduğu qədər yuxarı pillələrdə qərarlaşmaq və kubokda final oynamaq. Təəssüf ki, “Araz-Naxçıvan”la kubok oyunlarında rəqib 3 penaltidən faydalanaraq növbəti mərhələyə adladı. Bunda individual səhvlərimizin rolu oldu. Penaltilərdən məğlubiyyəti həzm etmək çətin oldu. Halbuki ötən ilki kimi, yenə də finalda oynamaq istəyirdik.
- Növbəti turda səfərdə “Sabah”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Çempionatda uğurlu seriyamızı davam etdirmək istəyirik. Buna görə də “Sabah” səfərində də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























