4 Iyun 2026, Cümə axşamı
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Ölkə futbolu

UEFA reytinqi: “Qarabağ” gerilədi, “Neftçi” yerində saydı

UEFA Avropa kuboklarında dünən başa çatan 1/8 final mərhələsinin ilk oyunlarından sonra klubların reytinq siyahısına yeniləmə edib.

Futbolxeber.az saytının məlumatına görə, siyahıda Azərbaycan əvvəlkitək 7 klubla təmsil olunur.

Son reytinqlə müqayisədə Azərbaycanın siyahıda ən üst mövqeyə malik təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Ağdam təmsilçisi 1 pillə geriləyərək 67-ci yerə düşüb. Onun ehtiyatında 32.000 xal var. 187-ci olan “Neftçi”nin, 310-cu yeri tutan “Zirə”nin, 311-ci pillədə qərarlaşan “Sabah”ın, eləcə də 315-ci olan “Sumqayıt”ın mövqeyində dəyişiklik baş verməyib. “Qəbələ” 4 pillə geriləyərək 332-ci, “Şamaxı” isə 3 pillə geriləyərək 333-cü yerə düşüb.

Reytinqə əvvəlkitək “Real” (142.000 xal) başçılıq edir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30