Ölkə futbolu
Rəşad Sadıqov: “Vacib 3 xal qazandıq”
“Futbolçularıma təşəkkür edirəm. "Turan Tovuz" çox yaxşı komandadır, onlara qarşı oynamaq çətindir. Ağır oyun oldu. Olduqca vacib 3 xal qazandıq. Sıx qrafikdən keçirik. Bəlkə də ən çətin qrafik bizdədir. 4 gün sonra "Səbail"lə oyunumuz var. Tez bir zamanda həmin matça hazırlaşmalıyıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXV turunda “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- 3-cü dueldə Kurban Berdiyevi məğlub edə bildiniz. Qələbənin açarı nə idi?
- Futbolçuların əzmkarlığı və oyun intizamı əsas məqam idi. Burada oynamaq çox çətindir. Rəqib son 15 dəqiqədə önə atıldı. Onların uzun ötürmələrində səhvsiz oynadıq. Çempionatda heç kim bu sistemlə oynamır. Bir komandaya qarşı xüsusi hazırlaşmaq asan deyil. Futbolçularım əllərindən gələni etdilər.
- İssa Cibrilla şans qazandığı oyunlarda etimadı doğruldur. Onunla bağlı fikirləriniz necədir?
- Məqsəd İsayev və İssa bizim əsas oyunçularımızdandır. Rəqibə və limitə uyğun rotasiyalar edirik. Başqa rəqib olsaydı, bu gün onların ikisi də eyni anda meydanda olmayacaqdı. Məndə 11 əsas futbolçu deyə bir şey yoxdur. Bütün futbolçulara bu şəkildə yanaşmağa çalışırıq. Belə məqamlarda faydasını görürük.
- Tiaqo Silvanın əsas heyətdə yerini itirməsinin səbəbi nədir?
- Heç bir problem yoxdur. Dəfələrlə demişəm, yenə deyirəm. Aydın yaxşı performans göstərir. Amma bizim 1 nömrəli qapıçımız Tiaqodur. Limitə görə onu oynada bilmirəm. Tiaqo özü də bu durumu başa düşür. O, komandanın liderlərindən biridir.
- "Sabah" - "Araz-Naxçıvan" matçında hansı nəticənin qeydə alınmasını istəyirsiniz?
- Mənim nəsə deməyim düzgün olmaz. Həmişə qələbəyə köklənirik. Xeyirlisi nədirsə, o da olsun. Hər ikisi ölkə futbolunun aparıcı komanlarındandır. Maraqla oyuna baxacam.
- Salifu Sumaya həqiqətən də "Fənərbaxça"dan təklif gəlib? Sizə elə gəlmir ki, futbolçunun meneceri belə xəbərlərin çıxmasında maraqlıdır?
- Bizə "Fənərbaxça"dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir. "Dinamo"dan (Kiyev) təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























