8 Iyun 2026, Bazar ertəsi
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib

Ölkə futbolu

“Baku Sporting” və “Cəbrayıl” cərimələndi

AFFA Azərbaycan I Liqasında mübarizə aparan “Baku Sporting” və “Cəbrayıl” klublarını cərimələyib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Belə ki, XVI turun “Baku Sporting” - “Cəbrayıl” matçı polis nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə meydan sahibləri 100 manat cərimələnib.

Bununla yanaşı, Bakı təmsilçisinin futbolçusu Orxan Fərəcov 87-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Baku Sporting” futbolçusunun hərəkətinə görə 300 manat ziyana düşüb. Həmçinin klub 5 futbolçusu sarı vərəqə aldığına görə 70 manat cərimələnib.

AFFA “Cəbrayıl”ı da cəzalandırıb. "Baku Sporting"lə qarşılaşmanın 87-ci dəqiqəsində Okan Təhməzli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb. Futbolçusunun davranışına görə klub 300 manat cərimələnib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30