6 Iyul 2025, Bazar günü
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

Premyer Liqamızda XXI əsrin rekordu

Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”lə qarşılaşan “Qarabağ” ev oyununda 5:0 hesablı qələbə qazanıb. 75 dəqiqəsi qolsuz bitən görüşdəki bütün toplar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. “Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək “5”ə çatıb.

Bunadək əsrin rekordu “Qəbələ”yə məxsus idi. “Qırmızı-qaralar” 2021/22 mövsümündə “Səbail”lə qarşılaşmada 65-ci dəqiqədə hesabı açdıqdan sonra 5:0 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31