Ölkə futbolu
Hakimlər “Sabah”ı “dartır” - QEYD
Dünəndən istər Türkiyədə, istər Azərbaycanda sosial şəbəkələrdə futbol azarkeşlərinin əsas müzakirə mövzusu “Qalatasaray” - “Adana Demirspor” oyununda yaşananlardır. Məlum məsələdir ki, ölkəmizdə “sarı-qırmızılılar”ın, eləcə də əzəli rəqib “Fənərbaxça”nın kifayət qədər azarkeşi var və Adana klubunun penaltiyə etiraz əlaməti olaraq meydanı yarımçıq tərk etməsi böyük rezonans doğurub. İndi hər kəs hadisələrin sonrakı gedişatını səbirsizliklə gözləyir...
Atalar misalında deyilir ki, “gülmə qonşuna, gələr başına”. İndi türkiyəli hakimlərin qərarına çox da lağ etməyək. Çünki azərbaycanlı hakimlər də türkiyəli həmkarlarının yanında heç də “toya getməli” deyillər. Çox uzağa getməyək. Elə dünən Masazırda yaşananlar da hakimlik adına rəzalət idi. Düzdür, bəzi “professor”lar oyuna gözləri ilə deyil, başqa yerləri ilə baxdıqları üçün “hakimlik nə var ki?” deyə bilərlər. Amma kor-kor, gör-gör. Dünən “Turan Tovuz” İnqilab Məmmədovun qurbanı oldu. Matçdan dərhal sonra Tovuz klubu video yayımlayaraq hakimlərin biabırçı idarəçiliyini fakt kimi ortaya qoyub. Bu, gözlənilən idi. Çünki matçı media tribunasından izləyərkən də İnqilab Məmmədovun “Sabah”ı “dartması” açıq-aşkar görünürdü.
Hər şey bir qırağa, ikicə nümunə deyək. “Turan Tovuz”un qapısına penalti təyin olunduğu epizodda hər şey İnqilab Məmmədovun yanlış fitindən sonra başladı. Amin Seydiyev ikili mübarizədən sonra yerdə qalarkən gücünü ayağına, başına yox, səsinə verdi. Referi də onun hayqırtısına aldanaraq olmayan cərimə zərbəsini təyin etdi...
O ki qaldı “Sabah”ın ikinci qoluna, həmin epizodda vəziyyətdə daha aşkar idi. Rəhim Sadıqova qarşı kobudluq edilsə də, referinin fiti “niyəsə” susdu və hücumun yekununda top “Turan Tovuz”un qapısından keçdi. Rəhimə qarşı kobudluğu nə İnqilab Məmmədov “gördü”, nə də VAR. Amma biz bura bir kadr əlavə edirik. Özünüz baxın, qiymət verin...
Azərbaycanlı hakimlər ədalət qoruyucusu olduqlarını bəzən unutsalar da, həyatda olduğu kimi, futbolda da ədalət var. Dünən meydan sahibləri sona yaxın üçüncü dəfə “Turan Tovuz”un qapısına yol tapsalar da, bu dəfə İnqilab Məmmədova siqnal gəldi və VAR-a baxdıqdan sonra referi Ayxan Quseynova qarşı kobudluq olduğu üçün bu qolu ləğv etdi. Bu, Tanrının biabırçı hakimliyə tərs şilləsi idi...
Əslində, biz vəziyyətin bu cür hal alacağını daha əvvəldən proqnozlaşdırmışdıq. Niyəsi çox sadədir. Bu gün AFFA İcraiyyə Komitəsində oturanlar faktiki “Sabah”ın rəhbərləridir və Azərbaycan futbolunu da, AFFA-nı da onlar idarə edirlər. Sərxan Hacıyev çoxdan Balakişi Qasımov-Maqsud Adıgözəlov tandeminin kölgəsində itib. Hakimlər kimə tabedir? AFFA-ya. AFFA-nı kim idarə edir? “Sabah” rəhbərliyi. Daha hakimlər “Sabah”ı qoyub, “Kəpəz”i, “Turan Tovuz”u dartmayacaqlar ki...
Bu gün “Sabah” rəhbərliyinə nəticə lazımdır. Nə yolla olur-olsun, bu komanda mütləq yayda avrokuboklara getməlidir. Əks halda ortaya çox biabırçı mənzərə çıxacaq. Sıravi azarkeşindən obyektiv jurnalistinə kimi sual verəcək ki, “hörmətli “Sabah” rəhbərliyi, siz bu büdcə ilə avrokuboklara yollana, 10 klub arasında dördlüyə düşə bilmirsinizsə, AFFA-nı, Azərbaycan futbolunu, millisini necə ağ günə çıxaracaqsınız?”
Odur ki, dünən Masazırda yaşananlar jurnal idi. Kino hələ qabaqdadır. Növbəti seriyanın anonsunu verək? Bu tragikomediyanın ardı Sumqayıtda yaşanacaq...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























