Ölkə futbolu
“Neftçi”nin yeni transferi: “Bütün komanda vuruşmasa, nəticə əldə etmək mümkün deyil”
“Neftçi”nin yeni transferi Elvin Camalovun Futbolxeber.az saytına müsahibəsi
- “Neftçi” 2025-ci ildə ilk qələbəsini qazandı. “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdiyiniz görüşü necə şərh edirdiniz?
- Əvvəldən sona kimi döyüşdük, vuruşduq. Yekunda da qalib gəldik. Daha çox istəkli olduğumuzdan 3 xal qazandıq. Sona kimi mübarizə apardıq.
- Demək olar ki, kubok oyunu öncəsi bu qələbə yerinə düşdü?
- Çoxdandır qalib gələ bilmirdik. Turnir cədvəlində vəziyyətimiz ürəkaçan deyil. Ona görə də ardıcıl qələbələrə ehtiyacımız var. Bəli, bu qalibiyyət kubok matçı üçün motivasiyadır. Lakin kubokda “Kəpəz”lə səfər matçı da çox çətin keçəcək. Hazırda bütün rəqiblərə qarşı mübarizə aparmaq çətindir. Kim daha çox mübarizə aparsa, o da istəyinə çatacaq. Biz də əlimizdən gələni edəcəyik ki, səfərdən sərfəli nəticə ilə qayıdaq.
- Kubokdakı rəqibiniz “Kəpəz” çempionatda son iki matçında “Turan Tovuz” və “Sabah” kimi iddialı kollektivləri məğlub edib. Bu məqam sizi nə dərəcədə narahat edir?
- Bu dəqiqə bütün komandalar əzmkar və istəklidirlər. Biz də çalışacağıq ki, yarımfinala vəsiqə qazanaq. “Neftçi” kimi azarkeşi olan komanda ən yüksək pillələrdə olmalıdır. Daha üstün futbol oynamalıyıq. Yavaş-yavaş bunlar hamısı düzələcək.
- Artıq “Neftçi”nin üzvüsünüz. Komandanın cari mövsümdəki problemini nədə görürsünüz? Çatışmayan nədir?
- Mən komandada yeniyəm. Bəlkə də bu baxımdan nəsə deməyim düz çıxmaz. Yalnız öz adımdan deyə bilərəm ki, çalışmışam hər zaman komandaya vuruşqanlığı, əzmkarlığı aşılayım. Bütün komanda vuruşmasa, nəticə əldə etmək mümkün deyil. Ona görə də bir olmaq lazımdır. “Neftçi”də yaxşı futbolçular var. Sadəcə bir olub əzmkarlıq nümayiş etdirmək lazımdır.
- Bir qədər əvvələ qayıdaq. Kapitan ola-ola “Sabah”dan ayrılmağınız gözlənilməz oldu. Nə baş verdi? Bu qərarınızda legioner limitinin ləğv olunacağı barədə yayılan xəbərin hər hansı bir təsiri oldumu?
- Limitlə bağlı deməzdim. Sadəcə yeni baş məşqçinin gəlişindən sonra gördüm ki, mənə çox şans vermir. Bir matçda oynayıb, digərində meydana çıxmamaq normal haldır. Lakin bir məşqçi ümumilikdə səni əsas heyət üzvü kimi görmürsə, sən də milli komandanın üzvüsənsə, ya orda qalıb müqavilən bitənə kimi gününü ehtiyatda keçirməlisən, ya da getməlisən. Mən ikincini seçdim. Düşündüm ki, ehtiyatda qalmaqdansa, digər komandada özümü sınasam, daha yaxşı olar.
- Milli komandamızın üzvü kimi legioner limiti ilə bağlı fikirləriniz necədir? Sizcə, bu qərar azərbaycanlı futbolçuların, millimizin ziyanına olmayacaq?
- Mənim bu barədə nəsə deməyim düz çıxmaz. Yalnız onu söyləyim ki, bizim yerli futbolçular hər zaman legionerlərlə rəqabət aparıblar. Bundan sonra da elə olacaq. Hansı qərar qəbul edilməsindən asılı olmayaraq. Yenə də üzərimizə düşəni edəcəyik, rəqabətimizi aparacağıq.
- Məlum məsələdir ki, limitin ləğvi “Sabah”ın ideyasıdır, “Qarabağ”ın çempionluğuna son qoymaq üçün. Sabiq “Sabah”lı kimi fikriniz maraqlıdır: həqiqətənmi legioner limiti ləğv olunsa, “Qarabağ” çempionluğu itirəcək?
- Bu barədə nəsə deməyim düz çıxmaz. Lakin mən “Sabah”da oynayanda, elə hazırkı limitlə “Qarabağ”a qalib gəldiyimiz vaxtlar da olub. Murad Musayevin vaxtında “Qarabağ”la başabaş mübarizə aparmışıq. Rəhbər şəxslər nə qərar versələr, biz də yerli futbolçular olaraq öz rəqabətimizi aparacağıq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
09:00
Çempionlar Liqası: “Turan” Tovuzda “Mladost”u qəbul edir
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
20.10.2026
19.10.2026
18.10.2026
























