4 Iyun 2026, Cümə axşamı
Elşad Quliyevdən qələbə şərhi
Azərbaycan millisi yarımfinalda!
Azər Bağırov rəsmən "Şamaxı"da
Millimiz Avstriyaya yollandı

Ölkə futbolu

"Qarabağ" - FCSB: Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - FCSB (Rumıniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 22-də saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

17:00-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Elias Xaralambousun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Rumıniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:30-da başlayacaq.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - FCSB görüşü saat 21:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30