4 Iyun 2026, Cümə axşamı
Azərbaycan millisi finalda
Elşad Quliyevdən qələbə şərhi
Azərbaycan millisi yarımfinalda!
Azər Bağırov rəsmən "Şamaxı"da

Ölkə futbolu

“Neftçi” “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” ilə qarşılaşacaq

“Neftçi”nin 17 yaşadək oğlanlardan ibarət komandası Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda fevralın 8-də qardaş ölkəyə yollanacaq.

Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun yetirmələri Türkiyə nəhəngləri - “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbaxça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri fevralın 9-15-i aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30