4 Iyun 2026, Cümə axşamı
Azərbaycan millisi finalda
Elşad Quliyevdən qələbə şərhi
Azərbaycan millisi yarımfinalda!
Azər Bağırov rəsmən "Şamaxı"da

Ölkə futbolu

"Turan Tovuz" üçün ilk, "Kəpəz" isə 19 il sonra...

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Kəpəz” - “Turan Tovuz” qarşılaşması Gəncə klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, qonaq komanda tarixidə ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.

“Kəpəz” 11 il 8 aydan sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də “Turan”la səfərdəki qarşılaşmada belə məhsuldar olub - 5:3.

“Kəpəz”in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il - yəni 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də “Kəpəz” - “Neftçi” matçında da eyni sayda qol vurulub - 4:3.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30