5 Mart 2026, Cümə axşamı
Qurban Qurbanovdan qələbə şərhi
“Penaltini yerinə yetirə bilsəydik...”
"Qarabağ" yarımfinala yüksəldi
"Zirə" ilk yarımfinalçı oldu

Ölkə futbolu

“Qarabağ” son 21 mövsümün rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 50 qol vuran ilk komanda olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Ağdam klubunun yubiley topu 19-cu turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib. 50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.

50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Bu, son 21 mövsümün rekordunun təkrarıdır. Ağdam klubu 2 il əvvəl - 2022/23 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.

Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatır. Mütləq rekord 1996/97 mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/96) və 16-cı (1998/99) oyununda “100”ü yarılayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31