Ölkə futbolu
Berdıyev: “11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır?”
“Ümumi götürsək, nəticədən məmnunuq. Əgər mövsümün əvvəlində kimsə desəydi ki, ilk yarını 3-cü pillədə yekunlaşdıracağıq, bu qədər xal toplayacağıq, bu fikirdən razı qalardıq və məmnun olardıq. Ancaq bəzi oyunlar oldu ki, daha yaxşı oynayıb qələbə qazana bilərdik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O, hazırda Antalyada davam edən təlim-məşq toplanışını belə dəyərləndirib: “Yaxşı şəraitdə hazırlıq keçirik. Hava durumu da əlverişlidir. Təlim-məşq toplanışını plana uyğun və kifayət qədər yaxşı keçir”.
Berdıyev Tovuz klubuna qoşulan yeni tranfserlərdən də söz açıb: “Bu uşaqlar bizə birmənalı şəkildə kömək edəcəklər. Həm Rəhim Sadıxov, həm Orxan Əliyev kollektivə tez uyğunlaşa bilən futbolçulardır. Bu da olduqca vacib bir məqamdır. Onlar qarşıya qoyulan tapşırığı başa düşürlər və yaxşı hazırlaşırlar”.
“Turan Tovuz”un baş məşqçisi son günlərin əsas müzakirə mövzusu olan legioner limitinin ləğvi barədə yayılan xəbərlərə də münasibət bildirib. O bildirib ki, bu məsələdə ani qərar vermək olmaz: “Mən bu məqamla tez-tez rastlaşmışam. Əgər limitlə bağlı danışırıqsa, onu demək lazımdır ki, bunun üçün strateji yönləndirmə lazımdır. Azərbaycan futbolunun yaxın 5-7 il ərzində inkişaf mərhələsi. Dəqiq bilmirəm plan hansı istiqamətdədir. Sözsüz ki, bu məsələdə vacib olan məqam təsadüfi yox, mərhələli şəkildə işin aparılmasıdır. Ani şəkildə məsələni qaldırıb qərar vermək olmaz. Əgər bu plan futbolun mərhələli şəkildə inkişafı üçün nəzərdə tutulubsa, bu başqa məsələdir. Əgər bu məsələ təsadüfi şəkildə yaranıbsa, onda nəsə demək çətindir".
Berdıyev limitin ləğvinin Azərbaycan klublarının akademiyalarına və gənc futbolçulara təsir edəcəyini qeyd edib: “Tutaq ki, ancaq 11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır. Onda bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? Bu məsələni müzakirə edərkən ilk növbədə Azərbaycan milli komandasının strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdır. Yenə də təkrarlayıram, belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi? Çünki uşaq və yeniyetmə milli komandalarının strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə olaraq uşaq və yeniyetmə futbolunu öldürəcək. Sözsüz ki, bir çox azərbaycanlı bundan sonra harasa getmək məcburiyyətində qalacaq. Bilmirəm, çətin sualdır. Amma mən birmənalı olaraq buna qarşıyam".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
26.10.2026
25.10.2026
























