21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

“Sumqayıt” və “Azərikimya”dan alqışlanası təşəbbüs

“Sumqayıt” Futbol Klubu və “Azərikimya” İB-nin təşəbbüsü, “Kapital Bank” ASC və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə “Azərikimya” İB-nin Baş Direktoru və “Sumqayıt” FK-nın Müşahidə Şurasının sədri Elnur Məmmədli, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, baş məşqçi Vaqif Cavadov, komanda üzvləri, “Kapital Bank” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə eksperti İlyas Cəfərli və klubun digər əməkdaşları iştirak ediblər.

Görüşdə məktəbin şagirdləri tərəfindən hazırlanmış çıxışlar təqdim olunub, onlarla maraqlı söhbətlər aparılıb. Şagirdlər “Sumqayıt”ın futbolçuları ilə fotolar çəkdirib, daha sonra isə onlara hədiyyələr təqdim olunub. Yekunda isə xatirə şəkli çəkdirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31