24 Aprel 2026, Cümə
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
“Qarabağ” rəsmiləri UEFA Forumunda
Kubokda ilk finalçı müəyyənləşdi

Ölkə futbolu

İdman jurnalistləri arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib

Peşəkar Futbol Liqası və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, 70-dən çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Oyunun əvvəlində xanım iştirakçılara Peşəkar Futbol Liqasının xüsusi hədiyyələri təqdim edilib. Yarışda komandalara müxtəlif dövrlərdə heyətində azərbaycanlı futbolçuların oynadığı əcnəbi klubların adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib.
 
Belə ki, çempion son turda müəyyənləşib. Yekunda “Volın” komandası qalib, “Fakel” ikinci, “Nürnberq” üçüncü olub.
 
Sonda “Volın” komandasına kubok, medallar və pul mükafatı təqdim edilib. İkinci və üçüncü yerin sahibləri isə pul mükafatı qazanıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30