14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Ölkə futbolu

Naxçıvanda seleksiya məşqləri keçirilib

Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə 15 və 16 yaşadək futbolçular üçün seleksiya günü təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, məşqlərdə Muxtar respublikanın müxtəlif rayon və şəhərlərindən ümumilikdə 60-a yaxın yeniyetmə iştirak edib. Onlar əvvəlcə məşqçilər tərəfindən verilən tapşırıqları icra edib, daha sonra ikitərəfli oyunlarda nəyə qadir olduqlarını göstərməyə çalışıblar. Muxtar respublikada, eləcə də “Araz-Naxçıvan” PFK-nın akademiyasında çalışan futbol məşqçiləri potensiallı və perspektivli futbolçuları müəyyən ediblər. Seçilən yeniyetmələrdən ibarət komanda formalaşdırılacaq və onlar mütəmadi olaraq məşqlərə və oyunlara cəlb olunacaqlar. İnkişaf edən və fərqlənən futbolçular gələcəkdə “Araz-Naxçıvan” PFK-nın akademiyasına qəbul olunacaqlar.

Qeyd edək ki, bu seleksiya xarakterli məşqlər hər həftə təşkil olunacaq. Növbəti məşqdə qapıçılarla bağlı seçim ediləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31