Ölkə futbolu
Mehdi Cənnətov: “Milliyə dəvət almamağım mənim üçün sürpriz oldu”
“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının son turunda səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzdunuz. Məğlubiyyəti necə şərh edərdiniz?
- Oyunu pis keçirmədik. Qol vurmaq üçün şanslarımız var idi. Lakin onları dəyərləndirə bilmədik. Sonluq çatışmadı. Ümumi götürdükdə yaxşı oyun idi. Əsasən təkbətək mübarizələr gedirdi. Sonda konsentrasiyanı itirdik və qapımızda qol gördük.
- Nəticəni ədalətli saymaq olar?
- Deyərdim ki, daha çox heç-heçəlik oyun idi. Hər şey də buna doğru gedirdi. Təəssüf ki, matçın sonuna yaxın rəqib qələbə qolunu vurmağa müvəffəq oldu.
- Ardıcıl iki qələbədən sonra məğlubiyyətə səbəb nə oldu?
- Oyuna ciddi hazırlaşmışdıq. Qələbəni hədəfləyirdik. Amma görünən odur ki, “Araz-Naxçıvan” son turlar yüksəlişdədir. Ardıcıl qələbələrdən sonra komandada motivasiya çox yüksəkdir.
- Vaqif Cavadovun gəlişi “Sumqayıt”da nəyi dəyişib?
- Baş məşqçi dəyişikliyindən sonra tələblər də dəyişib. Biz də çalışırıq ki, yeni baş məşqçinin istəklərini meydanda yetirən yetirək. Oyunumuzda dəyişiklik var və bu, kənardan da hiss olunur.
- Komandaya yeni baş məşqçinin gəldiyini nəzərə alsaq, demək olar ki, çempionatdakı hazırkı fasilə “Sumqayıt”ın xeyrinədir?
- Əlbəttə. İnanıram ki, fasilə bizə faydalı olacaq. Məşq üçün kifayət qədər vaxtımız var. Növbəti matçlar üçün komandamız daha yaxşı, daha hazır vəziyyətdə olacaq.
- Millinin heyəti açıqlanarkən adınızın siyahıda yer almaması sizin üçün də sürpriz oldu?
- Açığı, millidən dəvət gözləyirdim. Demək olar ki, bəli, bu, mənim üçün sürpriz oldu. Amma çox təəssüflənmədim. Çünki baş məşqçi qərarının səbəbini açıqlayıb.
- Səbəb açıqlayarkən Fernandu Santuş son oyunlarınızı bəyənmədiyini bildirib. Halbuki heyət açıqlanan zaman, “Araz-Naxçıvan”la oyuna qədər siz son iki çempionat matçında qapınızı toxunulmaz saxlamışdınız...
- Baş məşqçi həm də inamsız çıxışımı qeyd edib. Deməli, ilk növbədə nələrsə barədə düşünməliyəm. Öz oyunumu daha da yaxşılaşdırmalıyam. Növbəti matçlarda milliyə layiq olduğumu sübuta yetirməliyəm. Üzərimə düşəni daha yaxşı etməliyəm.
- Sözlərinizdən belə çıxır ki, Santuşun fikirləri ilə razısınız? Çünki 4 oyunda start heyətində yer alan qapıçının növbəti dəfə yığmaya dəvət alan 3 qolkiper sırasına düşməməsi fikrimizcə, anlaşına deyil...
- Biz baş məşqçinin qərarı ilə razılaşmaya bilmərik. Onun seçimini qəbul etməliyik. Sadəcə meydanda nəyə qadir olduğumuzu sübut etməliyik.
- Elə “Araz-Naxçıvan”la son matçdakı qurtarışlarla nəyə qadir olduğunuzu göstərdiniz.
- Bu, bir oyundan asılı deyil. Stabil olduğunu bir neçə matçda göstərməlisən. Bir görüşdə yaxşı çıxış edib, növbəti 3 matçda zəif təsir bağışlamaq da qapıçı üçün müsbət məqam deyil.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























