Ölkə futbolu
Mahir Emreli: “Qırmızı vərəqəyə görə başımı aşağı salıb, dilxor olmayacağam”
Milli komandamızın hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının dördüncü turu çərçivəsində Slovakiyaya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- 1:3 hesablı məğlubiyyəti necə şərh edərdin?
- Qırmızı vərəqəyə qədər hər şey yaxşı idi. Azlıqda qaldıqdan sonra oyun qırıldı. Matç haqqında deyəcəyim başqa bir şey yoxdur.
- Necə düşünürsən, hakimin sənə göstərdiyi hər iki sarı vərəqə doğru idi?
- Ardıcıl 3 oyunda qələbə qazana bilməyəndə emosional olursan. Xüsusən də bir gün qabaq azarkeşlərin gəlib bizi coşdurması, söhbət etmələri qarşılığında emosiyalara qapılırsan, istəyirsən daha yaxşı olasan, daha yaxşı nəticə qazanasan. İlk sarı vərəqədə kobudluq etməmişdim. Hakim niyəsə rəqibə bir az üstünlük verirdi. Bəhanə etmək istəmirəm. Bu məğlubiyyətin əsas səbəbi qırmızı vərəqədir. Buna görə başımı aşağı salıb, dilxor olmayacağam. Çünki qarşıda hələ oyunlar var. Həm millidə, həm də klubda. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı nəticələr üçün meydana çıxacağıq.
- Baş məşqçi komandanı meydanda azlıqda qoyduğun üçün sənə nəsə dedi?
- Yox, heç nə demədi. Onsuz da uşaq deyilik, özümüz hər şeyi başa düşürük. Peşəkar futbolçuyuq, gənc perspektivli deyilik ki. Düşünəcəm. Bəlkə daha yaxşı ola bilərdi həmin epizodda. Bir qədər ötürmə səhv getdi deyə əks hücumdan narahat oldum və öz yerimdən o mövqeyə qaçdım ki, komandaya kömək edim. Rəqib futbolçu da həmin epizodda ağıllı davrandı. Mən düşündüm ki, sürət yığar, amma o dayandı. Cəriməni özü qazandı.
- 4 oyun, 4 məğlubiyyət... Millətlər Liqasında heç vaxt belə uğursuz start olmamışdı...
- Daha əvvəl 5 oyun, 5 qələbə də olmuşdu. Əlbəttə, məğlubiyyət adama təsir edir. Xüsusən də bu cür oyunlarda. Estoniyada matçın əvvəlində, Slovakiya ilə görüşün ikinci hissəsində üstün tərəf biz idik. Belə oyunlarda məğlub olanda adama toxunur. Ələlxüsus da səbəbkar sən olduğun halda. Slovakiya yüksək səviyyəli komandadır. Onların son Avropa çempionatında İngiltərə ilə oyunlarını hər kəs görüb. Xalqımızdan, rəhbərlikdən, komandadan üzr istəyirəm. Futboldur, olur. Bilmirəm üzr istəmək nə dərəcə doğrudur. Sadəcə bilsinlər ki, futbolçuyuq, səhvlərimizi analiz edirik və daha yaxşı olmaq üçün çalışırıq.
- Noyabrdakı oyunlarda vəziyyəti dəyişmək mümkün olacaq?
- Son 2 oyunda, xüsusən də Estoniya ilə matçda əlimizdən gələni edəcəyik. Vəziyyəti düzəltmək öz əlimizdədir. Estonlara qarşı evdə oynayacağıq. Bu da üstünlükdür. Səhvlərimizi analiz edib qarşıdakı 2 matça daha yaxşı hazırlaşacağıq.
- “Nürnberq”də vəziyyətin necədir?
- Son qələbədən sonra yaxşıdır, pozitivlik artıb. Bu həftə derbi var. Ona hazırlaşacağıq. Çalışıram ki, komandaya daha tez adaptasiya olum. Zədədən qayıtdıqdan sonra son 2 oyunda start heyətində yer aldım. Uyğunlaşmağa başlamışam. Allah zədədən qorusun. Qalan şeylər düzələcək.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
“Turan Tovuz” və “Zirə”nin səfər sınağı
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
18.10.2026
17.10.2026
16.10.2026
























