13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

“Araz-Naxçıvan” məşqləri bərpa edib

Bir günlük istirahətin ardından “Araz-Naxçıvan” məşqlərini bərpa edib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə bu gün doğum gününü qeyd edən Urfan Abbasova kollektiv adından təbriklər çatdırılıb, klubun icraçı-direktoru Eldəniz Yusubov tərəfinən üzərinə “300” yazılmış forma hədiyyə olunub. Təcrübəli futbolçu VI turda “Kəpəz”lə baş tutan matçda Azərbaycan Premyer Liqasında 300-cü oyununu keçirib.

Daha sonra komanda isinmə hərəkətlərinə başlayıb, ardınca isə taktiki çalışmalar yerinə yetirib.

Zədəli olan Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba məşqdə iştirak etməyib.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının X turunda “Şamaxı” ilə qarşılaşacaq. Oyun oktyabrın 19-da, saat 15:30-da Şamaxı şəhər stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31