Ölkə futbolu
Günün sualı: “Neftçi”nin yeni baş məşqçisi kim olacaq? - TƏHLİL
Dünən Roman Qriqorçukla yollarını ayıran “Neftçi”nin yeni baş məşqçisinin kim olacağı barədə müzakirələr gündəmi zəbt edib. İstər sosial şəbəkələrdə, istər mətbuatda müxtəlif adlar səsləndirilir. Bəs görəsən, “ağ-qaralar”ın yeni baş məşqçisi kim olacaq?
İlkin ehtimal odur ki, yeni baş məşqçi yerli mütəxəssis olacaq. Ard-arda əcnəbi məşqçilərə etimad göstərən “Neftçi” rəhbərliyi deyəsən, bu dəfə yerli mütəxəssisə güvənmək fikrindədir.
Dünəndən etibarən yazılanları ümumiləşdirsək, belə görünür ki, “Neftçi”nin baş məşqçi postuna namizədlər bunlardır: Samir Abasov, Tərlan Əhmədov, Arif Əsədov, Aftandil Hacıyev, Mahmud Qurbanov və Adil Şükürov. Bəs bu altılıqdan hansının şansı daha realdır?
Samir Abasov “Neftçi”ni son dəfə çempion edib. Onu yenidən “ağ-qaralar”ın baş məşqçi postunda görmək istəyənlərin sayı kifayət qədərdir. Lakin Abasovun hazırda “Sumqayıt”la müqaviləsi var. Onun yenidən Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edəcəyi inandırıcı deyil. Üstəlik, deyilənlərə inansaq, Abasov yayda “Neftçi”dən təklif alsa da, qəbul etməyib.
Tərlan Əhmədovu da yenidən “Neftçi”də görmək istəyənlər çoxdur. Lakin nədənsə son zamanlar Əhmədovun adı demək olar ki, baş məşqçi postu boşalan bütün klublarla yanaşı hallansa da, “Araz-Naxçıvan” xaric heç biri ilə danışıqlar aparılmayıb. Bu səbəbdən də ən azı indiki məqamda Əhmədovun “Neftçi”yə qayıdışı real deyil.
Aftandil Hacıyev “Səbail” xaric hansısa klubda nəticə verməyib. Üstəlik, hazırda “Qarabağ”ın akademiyasına rəhbərlik edir. Odur ki, onun da təyinatı inandırıcı deyil. Fikrimizcə, adı yuxarıda çəkilən altılıqdan bu 3 məşqçi ilə yanaşı, digər 3-nün “Neftçi”nin yeni baş məşqçisi olmaq ehtimalı daha yüksəkdir.
Arif Əsədov demək olar ki, hazırda işsizdir. Əsədov da daha əvvəl “Neftçi”də çalışıb və çempionluq qazanıb. Unutmaq olmaz ki, Avropada tarix yazan “Neftçi”nin əsasını məhz Arif Əsədov qoymuşdu. Odur ki, təcrübəli mütəxəssisin “Neftçi”nin yeni baş məşqçisi olacağı kifayət qədər real görünür. Üstəlik, nəzərə almaq lazımdır ki, Əsədov son illər millidə çalışıb, “Neftçi”nin yerli futbolçuları Əsədovun, mütəxəssis də oyunçuların bacarığına yaxından bələddir.
Mahmud Qurbanov da daha əvvəl “Neftçi”də çalışıb. Düzdür, əsas deyil, əvəzedicilərdə. Amma “Professor”un buradakı işi uğurlu alınıb və o, “dubl”la çempionluq sevinci yaşayıb. Odur ki, Qurbanovun da yenidən “Neftçi”də iş başında olmaq ehtimalı az deyil.
Adil Şükürovun adı digərləri ilə müqayisədə daha az çəkilir. Lakin bizim ehtimalımıza görə, Şükürovun təyinatı kifayət qədər realdır. Adil Şükürovun lehinə olan 2 məqam var. Birincisi, Şükürov aşağı yaş qruplarını saymasaq, 2 dəfə baş məşqçi kimi Premyer Liqada çalışıb və hər iki halda nəticə verib. Mütəxəssis əvvəlcə “Zirə”yə gümüş medal qazandırıb. Daha sonra isə ötən il formalaşdırdığı əla kollektivlə belə demək mümkünsə, “bir ayaqla” “Kəpəz”i Premyer Liqada saxlayıb. Üstəlik, Şükürov azsaylı mütəxəssislərdəndir ki, “Neftçi”nin əzəli rəqibi “Qarabağ”a qarşı belə demək mümkündürsə, sözünü deməkdən çətinmir. Hər halda ötən mövsüm “Kəpəz”in “Qarabağ”a uduzduğu oyundan sonra Şükürovun “Qarabağ”ı qoruyurlar. Bu rəqibə qarşı sərt, aqressiv və dinamik oyun görmürük. Futbolçular cəza almaqdan və ya futbolçunu zədələməkdən çox çəkinir. Komandam meydanda bütün gücünü qoymalı, heç kimdən çəkinməməlidi” sözləri heç də birmənalı qarşılanmamışdı.
Təbii ki, bütün bu yazdıqlarımı ehtimaldır. Vəziyyət hər an dəyişə bilər. Ona görə də necə deyərlər, yaşayarıq görərik. Əsas odur ki, yeni gələcək baş məşqçi “Neftçi”ni düşdüyü uğursuz durumdan çıxarsın...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
11:00
Çempionlar Liqası: "Araz-Naxçıvan" ilk matçına çıxır
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
08:45
Azərbaycan kubokunda 2-ci mərhələ başlayır
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
27.10.2026
26.10.2026
25.10.2026
























