4 Iyun 2026, Cümə axşamı
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Ölkə futbolu

Çempionlar Liqası: Əliyar Ağayev qonaqların qələbəsinə şahidlik etdi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyununu idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, o, qitənin 1 nömrəli klub turnirinin Liqa mərhələsinin 2-ci turunda çərçivəsində keçirilən “Şturm” (Avstriya) - “Brügge” (Belçika) oyununun baş hakimi olub.

Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belçika təmsilçisinə qələbə gətirən yeganə qolu 23-cü dəqiqədə Kristos Tzolis vurub.

Oyunun gedişində həmyerlimiz meydan sahiblərinin 5, qonaqların isə 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçirilən matçda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30