Ölkə futbolu
Qurban Qurbanov: “Yaxşı nəticə qazanmağa çalışacağıq”
“Həqiqətən vacib oyuna çıxırıq. Öz doğma meydanımızda ilk matçımızdır. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis getmir. Bəzi problemlərimiz var. Hər bir halda, çalışırıq ki, komandanı oyuna tam hazırlayaq. Yaxşı oyun göstərməyə və yaxşı nəticə qazanmağa çalışacağıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının ikinci turu çərçivəsində “Malmö”ya qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Mateus Silva və Marko Yankoviçin durumu nə yerdədir? Sabahkı oyuna hazırdırlar?
- Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. "Sabah"la matçda bəlkə də oyun zamanı çox oldu. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün.
- "Qarabağ"ın İsveç klublarına qarşı üstünlüyü var. Bu üstünlüyü nəzərə alıb, sabahkı matçda nəyə ümid edə bilərik?
- Statistika baxsaq, bəli, belə nəticələrimiz var. Bizim üçün onlara qarşı olan matçlar ən gərgin oyunlardan olub. Çünki onların ümumi fiziki hazırlığı və oyun tərzi başqa formadadır. "Malmö"nün oyun tərzi fərqlidir, böyük təcrübəyə malikdirlər. Həmişə çalışmışıq və istəmişik ki, ən azından Bakıda yaxşı nəticə əldə edək. Amma futbol get-gedə elə səviyyəyə gəlib çıxıb ki, istənilən ölkənin komandasında böyük irəliləyiş var. Çalışmışıq ki, azarkeşlərə ümid verək. Onlar da bizə inanıb, güvəniblər. Çalışacağıq ki, maksimum yaxşı nəticə qazanaq.
- "Qarabağ" sabahkı rəqibə hansı sürpriz hazırlayıb?
- Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Amma məşq sayı çox olsaydı, yaxşı idi. Yalnız bu gün bütün komanda ilə oyuna hazırlaşa biləcəyik. Bir də, sabah bəlkə məşq üçün qısa vaxtımız olacaq. Ola bilər ki, oyunumuzun qurulmasında bir neçə dəyişiklik edək. Çünki "Malmö" fərqli rəqibdir. Alınacaq, ya yox, bilmirəm. Rəqib bizə nə qədər şərait yaradacaq, ona baxacağıq. "Malmö" heç bir rəqibdən çəkinmir. Maraqlı oyun olacaq. Futbolçularımın üzərinə böyük məsuliyyət düşəcək, böyük güc sərf etməli olacaqlar. Onlar buna dözməlidir. Öz oyun tərzimizdən bəzi epizodlarda kənara çıxa bilərik.
- Bir çox mütəxəssis "Malmö"nü 3 xal gözü ilə görür. Bu istək, bu tələb komandanın nə qədər əleyhinə ola bilər?
- Əleyhinə olan deyil. Bu, bizə olan güvəndir, inamdır. Öz meydanımızda oynayırıq. Belə fikirlər futbolçulara əlavə motivasiya verir. Bu fikirlərin xeyri var, ziyanı yoxdur.
- Avropa Liqasının yeni formatda keçirilməsi "Qarabağ"a müsbət təsir edir, yoxsa qrup mərhələsi daha münasib idi?
- Hələ ki, tam uyğunlaşmamışıq. Bizim kimi klublara, bizim kimi futbol ölkələrinə bəlkə az komanda olması daha çox sərf edər. Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara qarşı hazırlaşırsan, biri də var, 36 komandanın bütün oyunlarını gözləyirsən. Elə rəqiblər var ki, bəlkə onlara qarşı evdə oynamaq istəyərdin, səfərə düşürsən. Belə hallar var. Amma bunlar problem yaratmalı deyil. Hamı üçün eynidir. Əvvəl-axır buna öyrəşməliyik. Daha böyük təcrübəsi olan komandalar buna tez uyğunlaşa bilər. Bizdə çətinlik ola bilər. Bu cür dəyişikliklərin olması futbol şüurumuza, futbolçuların düşüncələrinə daha faydalı olar. Bəlkə də daha çox və tez təcrübə toplayarlar. Əvvəl 1-2 oyunun nəticəsini gözləyirdik, indi hər tur bütün oyunların nəticələrini gözləyirik. Əvvəl 2 komandaya baxırdıq, indi bütün oyunlara. Həm sizin, həm bizim işimiz çoxalır.
- Musa Qurbanlının İsveç çempionatında təcrübəsi var. Onu meydanda görmək ehtimalı nə qədərdir?
- Əvvəlcədən belə fikir bildirə bilmərəm. Çünki həmişə uyğun heyət buraxıb, oyunun gedişatına görə dəyişiklik etmişik. Musadan "Malmö" haqda bəzi şeylər soruşmuşam. Oynayacaq, ya yox, deyə bilmərəm.
- "Tottenhem"lə matçda Mateuş Koxalski qəhrəmanlıq göstərə bilmədi. Sabah qapıda kim dayanacaq?
- Sabah qərar verəcəyik. Vaxtımız var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
09:00
Çempionlar Liqası: “Turan” Tovuzda “Mladost”u qəbul edir
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
20.10.2026
19.10.2026
18.10.2026
























