19 Oktyabr 2026, Bazar ertəsi
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

“Pley-offda asan rəqib olmur”

"Zirə”nin futbolçusu Ceyhun Nuriyev UEFA Konfrans Liqasının pley-off mərhələsində sabah “Omoniya”ya qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, o qeyd edib ki, bu mərhələdə asan rəqib olmur:

“Bizi sabah güclü rəqibə qarşı oyun gözləyir. Konfrans Liqasının pley-offunda asan rəqib olmur. Rəqibi analiz etmişik. Tapşırıqları meydanda icra etməyə çalışacağıq. Cütün taleyi ikinci oyunda həll olunacaq. Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik”.

Qeyd edək ki, sabah keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31