8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Ölkə futbolu

Qriqorçuk: “Quzzonun bizə çox köməyi dəyəcək”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun yeni transferi Rafael Quzzo haqda danışıb.

Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında portuqaliyalı futbolçuya böyük ümid bəslədiyini bildirib:

“Çox şadam ki, daha bir yaxşı oyunçunu transfer edə bildik. Rafael Quzzo bizim oyun üslubumuza tam uyğun gələn maraqlı futbolçudur. Düzdür, bizə bir az gec qoşulub, amma qısa müddətdə onu optimal formaya çatdırıb xidmətlərindən yararlanmaq istəyirik. Quzzonun bizə çox köməyi dəyəcək, ona ümidimiz böyükdür”.

Qeyd edək ki, “Neftçi” 29 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıb. O, komandada 6 nömrəli formanı geyinəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31